Pomidor inqilabı

(esse)

Misirdə qan və iğtişaşlar bahasına 30 illik Hüsnü Mübarək rejiminin devrilməsindən və “demokrətikləşmə prosesinə varid olan” Misir dünyanın diqqətini daha ilginc və daha tükürpədici yeniklərlə cəlb etməyə başlayır.

Bu yeniliklər isə, artıq insanların ölməsindən, kütləyə atəş açılmasından və partlayışlardan da dəhşətli təəssüratlar yaradır insanlarda.

Bu ölkə, başdan-ayağa sürprizdir. “Ehramlar ölkəsi” yalnız daşı ilə deyil, düşünən başları ilə dünya ictimaiyyətini heyran qoydu. Demokratiya uğrunda mübarizə hərbi rejimlə nəticələndi. Demorkatik islahatların əvəzinə cəmiyyətdə dini fətvalar eşidilməyə başladı. Və hər gün də bir ilginç təklif. Öz aramızdır, yalnız Misirdə yox, Liviyada da məzh belə bir ab-hava mövcuddur. Gəlin yada salaq, Liviya Milli Şurası qələbəsindən sonra ilk “islahat”ını dörd qadınla evlənməyə icazə verməsi ilə həyata keçirdi. “Ərəb baharı” budur. Yox, qabaqda “Ərəb yayı” və “Ərəb payızı” da var.

Bir müddət əvvəl Misirdə dul qalan kişilərin ölən arvadları ilə ilk 6 saat ərzində “vida seksi” yaşamaları barədə qanun təklifi gündəmə gəlmişdi. Onda “hay-hay” deyib keçdim üstündən.

Bir az sonra qadınların iş yoldaşı olan naməhrəm kişilərlə qohum olmaları üçün onları əmizdirmələri barədə təklifi də “hay-hay”la ötürdüm.

Amma yaxın günlərdə eşitdiyim xəbərdən sonra içimdən “vay-vay” keçdi. Belə ki, bizim “vəhhabi” kimi tanıdığımız təriqətlərdən biri olan və Misir cəmiyyətində xüsusi çəkisi olan sələfilərin yeni “anti-pomidor” kampaniyası mənim ifrat din qaragüruhuna olan bütün hisslərimi üsyana çevirdi. Məsələ nə pomidordadır, nə xiyarda, nə də badımcanda. Sadəcə, bir tərəvəz bitkisinin meyvəsinin içində xaça bənzərlik varsa, onu “xristiyan” elan edib müsəlmanlara haram buyurmaq kimi cəfəng fətva kimin ağlına gələrdi? Əlbəttə ki, axmaqların. Pardon, sələfilərin.

Hələ, bir fəlsətinli “müsəlman bacımızın” yuxuda “peyğəmbərimizi görməsi və peyğəmbərimizin də pomidor yeyən ümməti üçün xiffət çəkməsi” barədə məlumat yaymaq absurd, gülün və ən əsası, islamı ən düşük və səviyyəsiz bir qəbilə dini səviyyəsinə endirməkdən başqa bir şey deyil.

Və burda bir “xristiyan” məqamı da var. Müsəlmanların içində “xaçpərəst” düşmənliyini təbliğ edənlər, Qərbdə İslamın sülh dini olduğunu necə əsaslandıra bilərlər? Əlbəttə ki, belə olduğu halda, müsəlmandan çirginən istənilən avropalıya, amerikalıya, xristiyana və digər din mənsubuna haqq qazandırmaq olar.

İslamın müqəddəs kitabında xristiyanların “kitab əhli”ndən sayılması və “kitab əhli”nin murdar hesab edilməməsi bildirilir. Və ən əsası isə xristiyana kafir demək özü günah sayılır. bəs bu yeni fətvalar hardan çıxdı görəsən? Bilən yox… İsnanların taleyi qalıb bir tərəfdə, müsəlman alimləri pomidor-xiyarla, cinsi əlaqələrin formaları ilə əlləşirlər…

Qərbin əvvəlcə Osmanlını yıxmaq üçün, sonra da bir-bir müsəlman ölkələrini dənləmək üçün istehsal etdiyi bu təriqətlərdən başqa nə gözləmək olardı ki? Ən yaxşı halda, pomidor inqilabı!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma