Ayrılığın sonu yox…

Sevgi romanlarının

süjetlərində axtarma dərdini.

Aşiq qəhrəmanların

monoloqlarıyla  üzmə qəlbini.

Xatırlatmasın sənə

qısa son görüş dialoqları

Ömründə “ömrümün sonu” dediyin

hansısa lənətəgəlmiş anları…

Ayrılığın süjeti olmur, dostum!

Hansısa tamaşanın

ən duyğusal yerində

Pərdənin iplər qırılıb

qəfildən endiyi andır itirmək.

Köhnə əlifbada yazılan bir qalın kitabın

Hansısa kitabxana arxivində

toz basmasıdır

sevdiyinin səni

tərk etdiyini çaşqınca izləmək…

Ayrılığın fəlsəfəsi bu, dostum!

Süjeti olmasa da,

Məzmunu olmasa da,

Sonluğu olmasa da,

Özü son olmasa da…

Cavabları  öldürüb

Səni hey suallarla

Bir ömür çabaladan

Ömrün yeni səhifəsi bu, dostum!

Ayrılıqdan sonra da,

süjet uydurmağın mənası yoxdur…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma