Əsas səhifə » Poeziya » Geriyə dönən adam

Geriyə dönən adam

(Türkiyənin tanınmış şairi İbrahim Sadrinin eyniadlı şeirindən ilhamlanıb yazdım)

Mən qayıtdım

Elə baxma üzümə ölümün qəfildən gəlişini seyr edən kimi

Ya da ölüm anında

Çoxdan ümid etmədiyin bir şəfanın tapıntısını eşidən kimi.

Halbuki sən dünyada

hamıyla halallaşıb rahatlamışdın bir az…

Barışmışdın mənim yoxluğumla..

Bağışla məni

İndiyədək qayibliyə görə yox…

Qayıtmağa görə!

İstəmirdim qayıtdım…

Vallah doğru deyirəm

Gərək dönməyəydim

Dabanıma tüpürmüşdüm gedəndə

Bağırmışdım gedəndə…

Aşırtmışdım pencəyimi üstündən götürdüyüm stulu da

Birlikdə öpüşə-öpüşə yemək yediyimiz o stolu da!

Və masa üstündəki hər şeyi də

Ehtiyata saxladığın şərab şüşəsini də yıxmışdım

Dağıtmışdım evə şərin suyunu…

Qapını da qayıdacaq qədər çırpmamışdım heç…

Səni tək qoymuşdum doğum günündə.

Üstündən neçə il keçdi

Sən daha yaxşı bilərsən yəqin

İçəridə keçən illər uzun gün kimi gəldi

Çöldə danışdığım siyasət

Içəridə daha da yaxından hiss edildi

Bu illərdə tanış oldum onunla

Səni də daha yaxşı tanıdım

Səndən bir xəbər ala bilməyəndə….

Qayıtdım

Sən hələ də buna inana bilmirsən

Kabusmuyam

Qatilmiyəm

Cəlladmıyam

Qucağındakı

körpə oğlan uşağını bərk-bərk qucaqlama elə!

Nə onu alacam sənin əlindən

Nə də ona görə rəhmə gələcəm…

Hə… Daha nə deyim?

Bağışla

amma həyatın acı həqiqəti bu ki

qayıdıb yenə bu qapıdan girdim…

Qayıtdığımı ancaq növbəti gedişimdə anlayarsan…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma