Ən son sevgi şeiri

Bəlkə də,

alınmayacaq bu şeir,

Oxşamayacaq sevən könülləri…

Sevilənlər yalvarışlarla birgə

mesaj qutusunda rastlaşmayacaq…

Heç mənim də duyğularımla birgə

Alışıb yanmayacaq bu şeir.

 

Bəlkə də,

Qalmayacaq bu şeir….

Ədəbiyyat tarixində demirəm

Heç başdaşıma yazılacaq qədər

Qiymət daşımayacaq.

Salmayacaq bu şeir

Kiminsə yadına

Bircə adına fəda olacağı kimisə…

 

Olmayacaq bu şeir

Oxunulandan sonra

Məhv olub gedəcək “Ədəbi zibilliyə”…

Kimsə anlamayacaq

Səni kişi kimi sevdiyim üçün

Arvad kimi qarğışlar

Yazmağım gərəkirdi…

Elə ona görə də…

Heç vaxt, heç zaman

Tamamlanmayacaq.

Bitdi, bitmədi….Mənası nədir?

Bitəni, gedəni qaytarmayacaq!

 

Rüfət Əhmədzadə

23.07.2012

Advertisements
Bu yazı Kateqoriyasız içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma