Artıq sənli yolu başa vurmuşam,
Sən eşqi başqa bir ömürdə axtar.
Bir qəlbim var idi, daşa vurmuşam,
Onu çilik-şilik şeirdə axtar.
***
Getdiyin evdəki yataqda yox eşq,
Ne bol süfrədə, nə mətbəxdə yox eşq.
Mən olmayan yerdə nəvaxta yox eşq?
Ərinin cibində, gəlirdə axtar.
***
Busə var, amma ki, dodaqlar ayrı,
Gözlər, gülüş qonan yanaqlar ayrı.
Beşik başındakə xəyallar ayrı,
Sən öz səhvlərini bu sirrdə axtar.
Mən yazdim, sən oxu, bitir də axtar!
Advertisements