Gələcəksən, eləmi?

Gəl, şirin dilini batır
Mənim turşməzə eşq badəmə sən.
Duzlu qəmzəni evdə qoy,
Amma nazlı yerişini məndən əsirgəmə sən.

Gəl, içək Günəşin nurundan
Duyulmazı duyaq.
Gəl, keçək gecənin qaranlığından
Görülməzi görək.

Mənim hardasa,
Qaçhaqaçda düşüb it-bat olan
Uşaqlığımı tapıb gətirərsən…
Yolüstü, gələrkən də,
rastladığın dilənçi qocaların
Üzlərindəki qırışlara hopan
Ahıllığımı alıb gətirərsən.

Məndən şeir eşitmək üçün gəlmə,
Özün şeir kimi gəl..
Ən sadə və ən yığcam,
Amma ən həzin nəğmə….
Hələ kəşf olunmayan
Əbədi sirr kimi gəl…

Bir az əsəbi də gələ bilərsən…
Bir tərslik də edərsən…
Bir neçə addımlıqda
Durub məni süzərsən….
İndi sənin gözlərində
Tez-tez boşluğa tolazladığım
Bir sual oxuyuram:
“Gələcəksən, eləmi?”.

Gəlirəm,
Dəliliyimi geridə qoydum.
Sadəlövhlüyümü şeirə gömdüm.
Müdrik hansısa bir cəhətim varsa,
Dostlara bağışladım
İndi külək ağ vərəq kimi məni…
Hüzuruna atacaq…
Bu şeiri sən təzədən yazacaqsan, eləmi?

Advertisements

Gələcəksən, eləmi?” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma