Gecə, qəhvə, tənbəki…

Zülmət gecə…
Zülmündən çox zövqü var.
Tünd qəhvə də yaraşır bu zülmətə
Lampanın işığı da

ancaq dərdi səpələmək üçündür

Gecə elə dad çıxarmaq üçündür.
Kim nə deyirsə desin…
Xəyal qurmağın da öz ləzzəti var…
Kim nə qədər üzülürsə üzülsün.
Yalnız silahlar son işıq saçmır ki…
Yerə yıxılıb göyə baxanların
Gözlərindəki son ümid işığını
Oğurlayır ulduzlar.
Ulduzların göydən düşdüyü kimi
Gözdən düşənlər ürəkdən qaçmır ki…
Hey nə qədər düşünsün də üşənsin.
Zülmət gecə…
Zülmündən çox zövqü var…
Bu gecəyə tünd tənbəki yaraşır…
Alışqanın odu da…
İçindəki tüstünü pərdələmək üçündür.
Gecə elə xumarlanmaq üçündür.
Kim nə deyirsə desin,
Köks ötürməyin də öz hikməti var…
Kim nə qədər bükülürsə bükülsün.Yalnız bıçaqdan son ağrı sancmır ki…
Balaca bir otaqda
masa arxasında qərar tutub
Qərarsız baxışları
pəncərəyə sancılan insanların
Yetim dərvişləridir…
Pəncərə də saxlamaz…
Tinlər də qucaq açmaz…
Heç bir dağın, dərənin,
meşənin, şəhərin sakini olmaz…
Hey nə qədər dolaşsın da qovuşsun.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma