Bir əsgərin vidası

Elə boynunu büküb 
durma qarşımda günahkar kimi…
Heç altdan-yuxarı baxışlarınla 
Məni qınamaq da boş….
Sevgi zəhləmi töküb,
Sən nifrət et, ürəksiz, qəddar kimi…
Bilirəm, ayrılığın adı belə ürküdür…
Eşqi sınamaq da boş.

Elə qıyma gözlərini
Sanki bəbəklərimdən ənginliyə baxarsan…
Bərəltməyin də yox əhəmiyyəti…
Sən elə həyəcanla 
Son “bəlkə”min axırına çıxarsan.

Sadəcə heç nə demə…
Gözlərimdən tökürəm 
Bənzətdiyin hansısa dəryanın son balıqlarını.
Sadəcə baxma mənə…
Əllərimdən tökürəm
Bənzətdiyin ən qutsal ocağın doğmalıqlarını…
Sadəcə qıyma mənə…
Götür apar sevgimizin son qalıqlarını.

Daha inanma mənə…
Hətta “ayrılırıq” deməyimə də.
Sadəcə iki nəfər azlıq etdi 
dünyanı dəyişməyə…
İstəsən bunu düşün.
Başqa heç nə düşünmə…
Qəti elə zənn etmə…
Səngərdə səni də düşünəcək halda olacam…
Əgər vicdanın rahat olacaqsa…
Məncə sən bunu düşün.
“Səni gözləyim, yoxsa…” sualının cavabı
Deyəsən bir az uzun oldu…
Düşün.

Rüfət Əhmədzadə

14 avqust, 2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma