”İstədiyim oğlan”

Dostlarımın dilinə düşən bir ifadənin tarixçəsi barədə danışmaq istəyirəm.

Sosial şəbəkələrdəki dostlarım “istədiyim oğlan” ifadəsinn məhz məndən eşdiiblər və çox zaman da mənə məhz belə xitab edirlər. Hətta bu ifadəyə görə mənim və dotslarımın sevgililəri tərəfindən əcaib qısqanclıqla da rastlaşmışam.

Sanki bu ifadənin altında nəsə homoseksualist bir anlam yatırmış… Hə, “istədiyim oğlan” ifadəsini jurnalist dostum Əlişir Əhəddən götürmüşəm və yaymışam. O kimdən götürüb bilmirəm, amma bu ifadəyə ictimai populyarlıq qazandıra bildim. Ən əsası, komplekssiz adam olduğuma görə, istənilən maraqlı ifadəni aktuallaşdıra bilirəm.
Bu gün, yəni avqustun 15-də Əlişir Əhədin 33 yaşı tamam olur. Həm də yaxın ügnlərdə dostluğumuzun beşilliyi tamamlanır. Bəlkə də, bunu Əlişir unudub. Amma mən yazmağı gərək bildim. Beş ildə böyük qardaş kimi qayğı, diqət görmüşəm. Düzdür, çox danlayıb məni, amma bu tənebhlərdə bir canıyananlıq hiss etmişəm. Peşman da deyiləm. İndiyədək insnalarla münasibətdə keçirdiyim hisslər və zənnlərim içində ən doğru olanlardan biri də, məhz Əlişirdən müsbət enerji almağımdır. Türk dizilərinə baxıb “ormantik”ləşən yeniyetmə qızlarımızın sözü olmasın, ilk görüşdən ondan elektrik aldım. Anladım ki, mənim adamımdır.
Yox, ona görə yox ki, Əlişirlə hər mövzuda sözümüz tutur və ya bütün kriteriyalarda üst-üstə düşürük. Fərqli baxış nöqtələrimiz çoxdur, heç də bütün məsələlərə eyni yanaşmırıq. Amma məni bu insanla yaxınlaşdıran, məhz onun müsbət enerji yayan biri olması və ətrafa qarşı tolerant olmasıdır. Əlişirin cibində bir qara qəpik olmasa belə, öz zarafatlarından qalmaz, müsbət əhvalını korlamaz, bununla da ətrafda müsbət aura yaradar. Elə buna görədir ki, Əlişir bir çox çətinliklərdən baş aça bilib. Çox haqsızlıqlar görsə də, haqqını tələb etmək üçün mücadilədən durmayıb və problem olan yerə də özünü çatdırıb.
Bu arada, deməsəm əclaflıq olar bəlkə, mətbuatda ilk dəfə şeirlərimi tam bir səhifədə çap etdirən məhz Əlişir Əhəd olub. 2008-ci il iyunun 7-də gülməli cızmaqaralarımı bütöv bir səhifədə təmtəraqla çap etdi “Yeni yol”da. Çoxu barmaqrası baxırdı o vaxt, hara gedirdimsə, “pulsuz yaz ver, baxarıq” deyirdilər. Əlişir də qonorar vəd etmirdi, amma üstümdə pul az olduğunu biləndə zorla cibimə pul salırdı. Tələbəlik illərində belə əməllər yaddaşa həkk olur. Mətbuatda mütəmadi fəaliyyətim də Əlişirin rəhbərlik etdiyi orqanda – tia.az saytına başladı. Və mən peşəkarlaşdım, oxucu yığdım, tənqid və tərifləri məz onunla qazandım… Çox danışmağa da ehtiyac yoxdur, hər şey göz önündədir. Digər ictimai fəallarla birlikdə aksiyada həbs olunanda Əlişir dərhal bazarliq eidb polis bölməsinə gəlmiş, qapıdan bizə su və bulkilər ötürmüşdü. Bir zəngə özünü istənilən yerə çatdıran dostun qədrini bilmək lazımdır məncə.
Məndən bu qədər. Əlişir ilk jurnalistdir ki, onun ad günündə şeir yazdım iki il əvvəl və indi isə yazı həsr edirəm. O gün olsun üç dəfə artığını, 99 yaşını qeyd edəsən.

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma