Bir az da özümüzdən danışaq!

Hər bir yazarın öz xalqı qarşısında mənəvi borcu var. Əgər Allaha inanırsa, onun da qarşısında borcludur, yox sadəcə insanlığa inanırsa, bəşəri dəyərlər qarşısında borcludur. Nədir bu borc? Zalıma hər yerdə zalım demək. Həqiqəti hər yerdə həqiqət hesab etmək. İzninizlə izah edim.

Bəzi “millətçi”lər və “demokrat”lar Azərbaycandakı rüşvətxor və müharibə bəyanatlarıyla boşboğazlıq edən qaniçənləri görməzdən gəlir, amma İranda ən azından sosial ədalət yaradan kəsləri hədəfə alır, təhqirlər edirlər. Mən Xamneyini müdafiə etmirəm. Heç bir İran rejimi təmsilçisiylə bölüşəsi dəyərim yoxdur. Amma gəlin, kişilikdən danışanda arvadlıq eləməyək!Bütün günü öz media qurumlarında İRanda həbs olunmuş şairlərin “müdafiəsinə qalxan”, İran ruhanilərini “din bayrağı altıənda pərdələnməkdə” ittiham edən yazarlar və əli nazir və deputat cibində olan redaktorcuqlar…. Ar olsun sizə!
Vicdanınız olsun, öz şeyxülislamınızdan nə vaxt həqiqəti yazmısınız? Öz məmurlarınızın və onların balalarının çıxardığı hoqqalardan necə, yazmısınızmı? Deputat və məmur balalalrı silahla gəzir, istənilən oğlanı istədiyi yerdə döyə, istənilən qızı istədiyi yerdə zorlaya biləcək qədər “bezpridel”lər aləb cəmiyyəti başına. Bir neçə yüz dollar “hörmət” eləməklə şəhərdəki istənilən silah mağazasında “ov silahı” almaq olar. İstənilən ov tüfəngi ilə də cinayət işlətmək olar. Cəmiyyətdə qanun işləmir. Qanunların icrası da, ancaq prezidentin vaxtaşırı keçirdiyi “yumurta müşavirə”lərindən sonra başlayır. Dünyadakı hansısa hadisədən ilhamlanıb ölkədə nəsə edirlər.Bu ölkənin millətçi-vətənpərvər mətbuatı ancaq müxalifəti damğalamaqla, qara piar aparmaqla məşğuldur. Mən müxalifəti müdafiə etmirəm, çoxunun da kim olduğunu yaxşı bilirəm. Amma danılmaz bir fakt var. Sizin lağ etdiyiniz, küçşümsədiyiniz o 5-10 nəfərlik aksiyaların üstündə cəmiyyət dayanır.Bəli, məhz belədir. O aksiyalar olmasa, hakimiyyətdəki qaniçənlər daha da azğınlaşar, daha da ağlasığmaz iş.lər törədərlər. Adam döyməyin qiymətini yüz manat cərimədə məhdudlaşdırdılar, bələdiyyələrin səlahiyyətlərini daraltdılar ( nə vaxtsa bələdiyyələr, yəni seçilən orqanlar işə yaraya bilərdi), qanunverici orqan özü özünün səlahiyyətlərini azaltdı, prezident seçkisini, referendumu oyuncağa çevirdilər.

Siz isə, gözlərinizi qamaşdıran milyardlıq binalara baxıb qürur duyursunuz…. Duyun, qürur duyun, bütün mətbuatımız, ədəbiyyatımız limon kimi sıxılıb, milli kimliyimiz şablon olimpiya-avroviziya sevinclərindən o tərəfə keçmir…. Demokratiyadan söz düşən kimi tolerantlığımızla öyünürük.

Onunla öyünürük ki, dağdan-daşdan gələnlər, şəhərin içində özlərini necə gəldi aparır, amma “lapux intellektuallar” heç nə deyə bilmir. Çünki o lovğalıq edənlər hansısa etnik və ya regional mafiyanın törtöküntülərindədirlər.

Gücü və imkanı olanlar da səsini çıxarmır. Ac qulağım-dinc qulağım deyib nə vatxa qədər gözləyəcəksiniz ki, qonşuların evindən sizin də evinizə gəlib çıxsınlar?! Siz isə vətənpərvər olmusuz. Sarkisyana “layk”la güllə atırsız, Xamneyiyə “facebook”da diss atırsız. Amma rüşvətxorlardan söz düşən kimi, çoxunuz belə deyir: “Ehtiyatlı ol, MTN bütün profillərə baxır”. Lap yaxşı… Sürünmənizdə sizə uğurlar!

Azərbaycanın şimalını abad elədiniz, qaldı cənubu… Bişmiş toyuğun gülməyi gəlir!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma