Mənhus ildönümü

Bir il keçdi…

365 gün səndən xəbərsiz.
Bu bir ildə başıma nələr gəldi…
Əslində heçnə sənsiz!
Son bir ildə eyni bir gün kimi səni düşündüm
Eyni sözlər səsləndi qulağımda
Hər gün də rədd edildim.
Və hər gün də, nəyəsə ümidim varmış kimi…
Dözdüm, intihar etmədim, amma ki,
O gecədən sonra hər gecə öldüm.

Bir il keçdi…
“Sən məni bağışlayarsan nəvaxtsa…
Amma rədd ol başımdan!”
Kim oxusa söyərdi, lap tapıb öldürərdi…
Heç nə etməsə belə, sənə nifrət edərdi…
Çox yox, cəmi bir saat…
İkinci saatda yaşamazdın sən.
Sənə kinin mənası da qalmazdı.
Nifrət də sevgiylə birgə gedərdi.
Mən hamı kimi deyildim ki…
Sən hamı kimi deyildin ki…
“Kaş, bir il əvvəl tanışaydıq” dedin
Son telefon danışığın zamanı..
Bir il sonra nəyi dəyişəcəkdin,
Xərçəng ilə tanışlığın zamanı?

İndi sənin səsini son dəfə duymağımdan…
Son Vida mesajını almağımdan….
Cəmi bir il keçdi…
Lənətli bir il keçdi,
Sənə görə sənin dərdini sevdim.
Söylə, daha neçə il gözləyim mən,
Alıb sənə daşıdığı zamanı?!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma