“Psevdo-Freydizm”

Əgər bir insanın başqa bir insana qarşı olan mənəvi ehtiyacı sadəcə “Səninlə cinsi əlaqədə olmaq istəyirəm” etirafı ilə tam izah oluna bilsəydi, nə şeiriyyata, nə də ədəbiyyatın digər janrlarına ehtiyac da qalmazdı. Ümumiyyətlə, söz sənəti, ədəbiyyat, musiqi, rəssamlıq və digər insan ruhunun tərənnümü olan sahələr inkişaf etməzdi. Heç insanlar mağaradan da çıxmazdılar.
Çünki sevginin, cinslərarası duyğuların, insan arzularının adi kağızın hazırlanmasından tutmuş robotların yaradılmasına qədər gətirib-çıxardığına inanıram. Əlbəttə ki, mən kağız deyərkən erotik jurnal səhifələrini, robot deyərkən isə son zamanlar saytlarda “sayğacartıran” xəbərlərdən olan “fahişə robot”ların icadını nəzərdə tutmuram.
Amma bəşərin təbiətdə bir cinsəlliyin, Libidonun hökm sürdüyünə də inanıram. Mən yenə də çeynənmiş “hər şey öz normasında” ifadəsinə əla atmayacam, “norma”ların zərurət və situasiyalar əsasında formalaşdığını da deməyəcəm. İnsanı cinsi ehtiyaclarına görə əks-cinsi ilə ünsiyyt quran varlıqdan daha yüksək dəyərləndirirəm. Məhz insnalığın mənəvi dəyərləri, fəlsəfi düşüncə qabiliyyəti və insan ruhunun daim ilahi, fövqəl-təbii, qeyri-adi və könül oxşayan şeylərə qaçması nəticəsindədir ki, fəlsəfə və ədəbiyyat yaranıb.
Düşüncə və ifadə sənətinin məhsulunu yeyirik biz, onunla yaşayırıq, hərəkət edirik, bir-birimizin diqqətini çəkir, zövqünü oxşayır, əvvəlcə ürəyinə, sonra isə (kimlərsə qınamasın deyə “tutaq ki” məsəli ilə yazıram) yatağına yol tapır. Bəli, nə qədər mürəkkəb olsa da, insan ruhunun bu təbiəti gözəldir. Hətta bütün vəhşilikləri ilə belə. “Bəyin oğrulanması” filmində deyildiyi kimi, həm qəlizdir, həm vacibdir.
Postmodernist həmkarlarımın qəfil tənqid hədəfinə dönməməyim üçün, başdan deyim ki, mən də postmodernistəm və yaradıcılığımda açıq-saçıq məqamlara rast gəlmək olar. Amma hər şey bu deyil. Bunu həm ədəbiyyatı cinsəl duyğuların “ifrazat yeri”nə çevirənlərə, həm də bütün məqamlarda postmodernizmi hədəf alanlara müraciət kimi anlayın.
Yazımı çox uzatmayacam, heç ehtiyac da görmürəm. Məni qınayanlara da, məndən daha cəsarətli yaradıcılıq gözləyənlərə də salamlarımı çatdırıram və bir də onu deyirəm ki, Libido insanın doğuluşdan başlayan tamamlanma ehtiyacıdır. Bu ehtiyac sona qədər bizimlə olacaq. Deməli, ədəbiyyat da yaşayacaq. Yazarlar isə çoxunun dediyi kimi “yanıq” tayfa olduğundan, Libidonun ah-naləsi onlarda daha yüksəkdən və daha dərindən hiss olunacaq.
Klassik şairlərimiz sevdiklərini daha açıq-saçıq fomrada vəsf edə bilərdilər, çünki Nəsiminin dövründə də üzüyirkimilər fəsiləsi olmamış deyildi. Amma tarixin süzgəcindən nəsimilər, füzulilər çıxdı. Molla Pənah, Aşıq Ələsgər yazan açıq-saçıq şeirlərdə isə heç olmasa bədii ifadə vasitələri var, tapın göstərin mənə o cür yazılan əsərləri.. Əşşi, nə bilim!
Belədir ki, kim necə istəyir yazsın, ya əlində qalacaq, ya əllərdə gəzəcək.

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma