Əsas səhifə » Esselər(içsəslər) » Ramil Səfərov adam öldürübmüş

Ramil Səfərov adam öldürübmüş

Səkkiz il Macarıstanda həbsdə yatan Ramil Səfərovun Vətənə qayıdışı hamı üçün sürpriz oldu. Biz, vətənpərvər gənclər sevincdən dəli kimi qəhqəhə çəkərkən (hətta sevincdən ağlayanlar da oldu), Ermənistan cəmiyyətində qaşınma ab-havası yarandı.

Çox təəssüf ki, (Fəxri Xiyabanda gördüyüm mənzərədən deyirəm), bu hadisə hakimiyyətin siyasi piar kampaniyasının elementi oldu. Amma özümü vicdanla yanaşmağa, məsələyə o biri üzdən baxmağa çalışıram. Bu hadisə kimin dövründə olsaydı, həmin siyasi liderin reklamı olardı.  Hakimiyyət riskə getdi, məncə bu “əfv olunma” işini altdan-altdan, sakitcə həl etmək olardı.

Amma bir məsələ də var, Xocalı qətliamında bribaşa günahkar olan erməni quldurbaşısı, keçmiş səhra komandiri Serj Sarqsyanın dünya ictimaiyyətinə səslənməsi bizim üçün o qədərmi qorxuludur? Xurmanı yedizdirək.

Ramil Səfərovu yaxından gördüm, gözlərində çox qəribə bir qüssə var idi. Bundan əvvəl şəkillərdə gördüyüm qüssə. Bəlkə də, yorğunluq desəm, daha yaxşı olar. Səkkiz ilin həsrəti, biləkləri qoşa halda irəli tutub yeriməyin pis adəti, insanların diqqətindən və üstünə hücum çəkən jurnalistlərdən ürək baxışları… Bu adam hərbçidir, nə gözləmək olardı?

Bəlkə də, Ramil Səfərov bu qədər məşhur olduğunu təsəvvür etmirdi. Ümumiyytlə, belə məsəl var, keçi can hayında, qəssab piy axtarır. Qoluna girən, yanında gəzib kameralara düşənlər üçün də bu məsəl şamil oluna bilər.

Bir də ki, bəzi dostlarımız, həmvətənlərimiz, hətta çox təəssüf ki, fərqli reaksiya verdi. Düzdür, mənim statuslarım da bəzilərini yanlış düşünməyə vadar etdi, amma başımızın üstündə Allah var, kimsəni qınamağı özümə rəva bilməmişəm. Türkiyədə Popstar yarışmasının finalında Bayhanın həbsdə olduğuna görə qalmaqal qaldıran Dəniz Səki bir neçə il sonra narkotik ticarətinə grə həbs olundu. Onda dedilər, ən ali məhkəmə Allaha məxsusdur.

Manısların söhbətini bu yazıma gətirmək istəməzdim, amma elə bir vəziyyətə hamı düşə bilərdi. Həmvətənlərim bu məsələyə “adam öldürmək”  prizmasından yanaşır, “vəhşi millət” dəyərləndirməsi edir… Kimdir əsl vəhşi? Hansı millətdir kilsəsindən, bağçasından bəri şovinizm yayan? Kaş ki, biz elə vəhşi olardıq, indi dərd çəkməzdik. “Facebook”da yazdığım statusumu əlavə edirəm:

1. Ramil Səfərovun etdiyi yalnız adam öldürmək deyildi. 2. Həmin erməni hərbçisi ümumiyyətlə adam deyildi. 3. Bir az da milli qeyrətiniz olsun! 4. Hakmiyyətin yaratdığı siyasi şounu bəyənməsəm də, onun başına gələn hamımızın başına gələ bilərdi, ona görə də, gəlin, adam kimi davranaq.

Və keçirəm yazımın sonuna: Sizin ailəniz, qohumlarınız, yaxınlarınız vəhşiliyə, ədalətsizliyə, namussuzluğa məruz qalsaydı, hansı əhvalda olardınız bir erməni hərbçisinin “sizi yaxşı filan-bexməkan elədik” dediyində?

İkincisi, Marqaryan gərək iki Ramil boyda olaydı ki, onu yatarkən baltalamaq lazım gələydi.

Allah amanında! Haqqı sizə O göstərər, zamanla.

P.S.: Bu yazını yazmayacaqdım, amma bir şairin bu mövzuda staus yazması, ona etiraz etdikdən sonr aməni “qudurmuş” adlandırıb “rabzorka”ya dəvət etməsindən ehtiyac yarandığını hiss etdim. Səylərinə şükür, İlahi! Onlar da ilham verir..

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma