Əsas səhifə » Poeziya » Boganaq

Boganaq

Sevdiyin gözlərdən əsər yox indi,
Sənsizlikdə baxışım boğanaqdır.
Sözümdə-kəlməmdə kəsər yox indi,

Sətirlərdə naxışım boğanaqdır.

Səsimdəki xırıltınımı sevdin,
Ya inilti çəkməyimi istədin?
Məndə nə sevdinsə götürüb getdin…
Lal su kimi axışım boğanaqdır.

Gözlərimdən boşaldıram tükənmir,
Yazdıqlarım yaşanmışa çəkəmmir.
Yuxularım da heç yozuma gəlmir…
Boz dünyama yağışım boğanaqdır.

Qarşıma çıxsan quruyarmı nitqim,
Nəşimə baxsan durularmı eşqim?
Dişləri sıxsam da qəlbi didərdim…
Günəşə hər çıxışım boğanaqdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma