ABŞ-da diasporumuzun durumu necədir?

Davud Turan: “Amerikadakı fars və erməni diasporu çox zaman eyni mövqeyi bölüşür

Çox zaman dünya siyasətində mühüm məsələlərin və ideyaların diplomatlatik korpuslar və beynəlxalq təşkilatların yox, məhz diasporun vasitəsilə həyata keçirildiyinin şahidi oluruq. Şübhəsiz ki, diaspor və lobbi güclü dövlətlərin kiçik və inkişaf etməkdə olan digər dövlətlərə münasibətini də tənzimləyə bilir. Kiçik və həm də çox zəif bir dövlət olan Ermənistanın Azərbaycan və Türkiyə üçün necə problemlər yarada bilməsini də məhz diaspor amili ilə izah etmək olar. Təbii ki, bəzi Qərb diplomatlarının regiona ermənipərəst yanaşmasında, ABŞ Konqresi, Avropa Parlamenti, Fransa Senatı və digər ölkələrin parlamentlərində Azərbaycanın maraqlarına uyğun olmayan sənədlərin qəbulunda erməni diasporçuların “zəhməti”az deyil.

Təbii ki, ermənilərin Avropa və Amerikada möhkəmlənərək lobbi formalaşması 20-ci əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan diasporu isə yalnız müstəqil dövlətimizin yaranması və sərhədlərin açılmasından sonra Qərbdə formalaşmağa başlayıb. Lakin Azərbaycan diasporundan danışarkən, əvvəl İrandakı şah rejimindən, sonra da İslam rejiminin repressiyalarından Qərbə pənah aparıb orda məskunlaşan güneyli soydaşlarımızı da unutmaq olmaz. Onlar müstəqil dövlətimizin vətəndaşlarından daha əvvəl Qərbdə məhkəmlənmiş və diasporçuluq fəaliyyətinə başlamışlar. 1990-cı illərə qədər bu diasporun əsas fəaliyyəti sırf Güney Azərbaycandakı insna hüquqlarına yönəldilmişdi, son illlərdə isə Qərbdəki azərbaycanlılar bir araya gələrək, Qarabağ məsələsində ortaq mövqe qoymağa başlayıblar. Burada Azərbaycanın da dövlət olaraq diasporçulara verdiyi dəstəyi qeyd etmək yerinə düşər.

Digər tərəfdən, Azərbaycan və Türkiyə diasporunun da son zamanlar bir araya gəlməsi, birgə tədbirlər keçirməsi sevindirici haldır. Lakin onlar bunun öhdəsindən necə gəlirlər? Ümumiyyətlə, diasporçularımızın Qərbdə, xüsusən də dünyanın lider dövləti sayılan ABŞ-da imkanları nə səviyyədə qiymətləndirilə bilər? Və hansı problemlər var ki, onların aradan qaldırılması gərəkir?

Amerikadakı diasporumuzun durumu barədə “Cəmiyyət” qəzetinin suallarını ABŞ-da yaşayan politoloq, Güney Azərbaycan Sosial-Kültürel Araşdırmalar Mərkəzinin (GünASKAM) rəhbəri Davud Turan cavablandırdı.

O bildirdi ki, Amerikada diaspora məsələsi çox əhəmiyyətlidir: “Burada bütün siyasi güc bu diaspor işi ilə qabağa gedir. Nə qədər güclü diaspora sahib olsanız, o qədər də Amerika dövləti ve ictimaiyyətinə təsir edə bilərsiniz. Bu reallığı son illərde Azərbaycan ve Türkiyə diasporçuları da başa düşüblər. Ona görə də, daha çox birgə hərəkət edirlər. Çünki her ikisinin də müştərək mənfəətləri var. Azərbaycanla Türkiyənin maraqları bölgədə və dünyada toqquşmur. . Güneyliler isə diaspora ve bir çox məsələlərdə  quzey diasporunun yanında olub onu güclendirmək istəyirlər. Əlbəttə, İran diasporu da fəaliyyət göstərir. Bu diaspora içerisinde güneyliler yer almırlar. Çünki istəkleri fərqlidir. Amma quzeyli soydaşlar ilə ortaq milli maraqları olduğuna görə birgə işləyirlər. İstər Qarabağ məsələsi, istər Güney Azərbaycandakı milli oyanış amili, istərsə də “erməni soyqırımı” məsələsində fəaliyətimizi birləşdirməyə və vahid cəbhədən çıxış etməyə çalışırıq”.

Konqresmen Dana Robrabaxer Güney Azərbaycan türklərinin hüquqları məsələsini gündəmə gətirməyə çalışır, bu məsələ, ümumiyyətlə bütövlükdə dövlət olaraq götürsək, İran məsələsi Amerika cəmiyyətində necə müzakirə olunur?

D.Turan söylədi ki, Güney Azərbaycan məsələsi Amerika cəmiyyətində elə də çox kök salmayıb.

“Konqresmen Dana Rohrabaxer ilk dəfə olaraq Güney məsələsini ciddi şəkildə Amerika gündəmine getirmek istəyir. Güney Azərbaycan reallığı Amerika cəmiyyətinin gündəminə gələrsə, fikrimcə, uğurlu olacaq. Çünki orada ciddi bir insan haqları pozuntusu var.Əlbəttə, Rohrabaxerə qarşı fars diasporu hərəkətə keçib. Ona yanlış məlumatlar verərək fikrindən döndərməyə çalışırlar. Biz də Azərbaycan diasporu olaraq bu  konqresmenə dəstək və məlumat məktubu hazırlayaraq göndərməyi planlaşdırmışıq. Bu məsələni dünya səviyyəsində işaqlandırmaq və təbliğ etmək lazımdır. Belə düşünürəm ki, bundan sonra regiona yanaşmada Güney Azərbaycan məsələsi daim diqqətdə olacaq”.

O qeyd etdi ki, fars və erməni diasporçuları daha çox birgə fəaliyyət göstərirlər: “İran diasporçuları arasıda şahçılar da az deyil və onlar Rza Pəhləvinin ətrafında biləşiblər. Şahçılar son zamanlar çox fəal olsalar və konstitusiyalı monarxiya təklif etsələr də hesab etmirəm ki, İranda şah rejiminin bərpasında maraqlı ola bilər. Demokratik görünən fars diasporçuları isə güneylilərə güzəştə getmək istəmirlər və iddia edirlər ki, əgər İranda azərbaycanlların milli haqları tanınsa, İranın bütövlüyü təhlükə altına düşər. Ermənilər də hər vəchlə bizə mane olmağa çalışır. Belə olduğu halda, ümid ancaq Azərbaycan və Türkiyə diasporçularının birliyinə qalır. Həmçinin Azərbaycana qarşı ittihamlar və İran məsələsində yəhudi diasporunun da dəstəyindən faydalana və bəzi məqamlarda birgə hərəkət edə bilərik. Fikrimcə, bu istiqamətdə müəyyən addımlar atmaq lazımdır”.

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma