Əsas səhifə » Poeziya » Erotik şeir

Erotik şeir

Kök qadınlarla gəzməyi sevmirəm,
Amma nədənsə birinin belindən tutduğumda
Əlim sallanan piy qatı axtarır…
Qəribədir, deyilmi?

Sinədən öpməyi yaman sevirəm…
Hətta dişləməyi də…
Amma həmişə də istəmişəm ki,
Sevişdiyim qadının döşləri bərk, hətta daş kimi olsun…
Öpüş və diş görməsin…

Bu siftədir, deyilmi?
Dodaqlar toxunanda dillər də rəqs eləsin…
Və əllər sıxlaşanda ovuclar bir tərləsin…
Asılan üsyançının şəhidliyə varmaq ümidi kimi…
Gözlərdə işıldasın…
Hər şeyin yox,
sadəcə bir sevişmənin bitdiyindən xəbər verən duyğular…
Saçlar dalğalanmaqdan yorulanda…
Dəniz sahilindəki şairə ilham verən bir qüruba oxşasın…
Faciədir, deyilmi?
Kök qadınlarla gəzməyi sevmirəm…
Fahişələrlə qəti sevişmirəm…
Sevişdiklərimi sevə bilmirəm…
Lətifədir, deyilmi?
Advertisements

Erotik şeir” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma