Rüfət Əhmədzadə- Dəyişdim

Azacıq dəyişdim…
Bir az… Çox da yox.

Bir az dəb dəyişdim şəhərim kimi…
Üzüm də sərtləşib şəhərlilər tək.
Saçlarım tökülür qəhərim kimi…
Qəhər şeir olur, saçım ömür tək.
Azacıq dəyişdim…
Bir az,çox da yox…
Qəmdən saxlamışam əbədiyyətə.
Azacıq dəyişdim…
Bir az… Çox da yox.
Həbimi dəyişdim, ağır dozası…
Təbim dəyişmədi
Yoxdur muzası…
Amma ağır gəldi yenə hər sözüm
Boşalan qəlbimin artır cəzası.
Hər gün dəm vururam az qala eşqdən…
Eşqsizlərə yağır Allah rizası.
Azacıq dəyişdim…
Bir az, çox da yox…
Dindən saxlamışam əbədiyyətə.
Azacıq dəyişdim…
Bir az çox da yox…
Batan yanaqlarda kəşf etdim səni…
Və bəbəklərimdə yığılan qanda…
Mən sevib ölümə dəyişdim səni.
Mən ölüb həyatda dəyişdim səni…
Özgə öpüşüylə silə bilmədim…
Qoxuna bir əvəz tapa bilmədim…
Amma hey dəyişdim…
Yataq dəyişdim.
Otaqdan-otağa qucaq dəyişdim….
Alnımda qırışlar dəyişdi sıx-sıx…
Yazı dəyişmədi… Qış dəyişmədi.
Azacıq dəyişdim…
Bir az, çox da yox…
Səndən saxlamışam əbədiyyətə.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma