Əsas səhifə » Poeziya » Mənə bir məktub yaz

Mənə bir məktub yaz

Mənə bir məktub yaz,
Burda ona ehtiyacım var mənim.
Bir qələm tap, bir də saralmış vərəq…
Köhnə şeirlərimdən birini köçür göndər…
Elə onsuz da yenilənməyən acım var mənim.

Mənə bir məktub yaz…
Sənə ilk yazdığım məktubu…
Yanımda saatlarla otururdun sinifdə,
Amma 4 ildə bircə dəfə ürək edərək

bir kitab arasında qısa məktub ötürmüşdüm sənə…

Qısa məktub deyəndə… ikicə bəndlik şeir….
Mənə o cüt bəndi yaz…
İstəsən bir bənd də əlavə elə…
Ondan sonra üzünə baxa bilmədiyimi,
Deyə bilmədiyimi…
Hətta bir dəfə üzr istəyib qaçmağımı…
Sonra yastığımı qucaqlayıb ağlamağımı da…
Uşaqlığımı qaytar…Sən Allah, ya həmin anları yaz anlat mənə….
Ya da böyüdüyümü illər sonra başıma çırpma mənim.
Sadəcə sus…
Və özünü tanımazlığa vur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma