Əsas səhifə » Ordan-burdan » Erməni biznesmenə Azərbaycandan dəstək

Erməni biznesmenə Azərbaycandan dəstək

Həmtəsisçisi Ovanes Poqosyan olan şirkətin nümayəndəliyi Azərbaycanda aviabilet satmaqla məşğuldur

Bir müddət əvvəl, yəni bu ilin iyul ayında ANS Press-də həmstəsisçisi erməniəsilli Ovanes Poqosyan olan beynəlxalq şirkətin  Azərbaycanda nümayəndəliyinin fəaliyyət göstərməsi ilə bağlı məlumat dərc edilmişdi.

Bildirilirdi ki, beynəlxalq internet layihəsi şəklində (onetwotrip.com) fəaliyyət göstərən şirkətin Azərbaycanda nümayəndəliyi var və bu nümayəndəlik dizaynı əsas saytla eyni olan və eyni bazadan qaynaqlanan “onetwotrip.az” saytı vasitəsilə sərbəst şəkildə biletlərin satışı ilə məşğuldur. Lakin bu məlumatın ciddiliyi nədənsə lazımi reaksiya ilə qarşılanmadı.

ANS Press bildirmişdi ki, dünyanın 500 aviaşirkəti, o cümlədən AZAL  ilə əməkdaşlıq edən “onetwotrip” gündə təxminən 700 bilet satır və aylıq dövriyyəsi 6 milyon dollardır.

Daha sonra – 2012-ci il sentyabrın 17-də   bu saytla və şirkətlə bağlı 1news.az saytında məlumat dərc olundu. Bir az sonra, sentyabrın 24-də isə bu şirkətlə PRESS peşəkarlıq normalarından kənara çıxaraq və araşdırmadan “pres-reliz” xarakterli məlumatı  dərc etdi. Təkzib xarakteri daşıyan bu materialda nə deyilir:

“Son zamanlar Azərbaycan internet məkanında “Onetwotrip” şirkəti haqqında həqiqəti əks etdirməyən böhtan xarakterli xəbərlər dərc olunur. Biz “Onetwotrip” şirkəti olaraq bəyan edirik ki, şirkətimiz biletlərin onlayn rezervaziyası və satışı sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin sahibləri isə Petr Kutis və “Phenomen Ventures” beynəlxalq fondudur.

“Onetwotrip” şirkəti internetdə bilet almaq üçün ən etibarlı və müasir bilet alışı sistemidir. İnternet layihəsi Sizə vaxtınıza qənaət etmək və bir neçə dəqiqə ərzində dünyanın istənilən yerinə bilet almağa imkan yaradır”.

Qəribədir, ANS Press izə düşdüyü halda araşdırmanı yarımçıq buraxıb və təkzib məlumatı verib. Halbuki, skan versiyada və ya digər şəkildə Ovanes Poqosyanın şirkəti tərk etdiyi və ya ümumiyyətlə belə bir adamın şirkətlə əlaqəsi olmadığı sübuta yetirilməliydi. Çünki başqa internet resurslarında mövcud olan məlumatlarda Poqosyan layihənin həmtəsisçisi kimi göstərilir və onun getməsi, şirkətdən ayrılması haqda heç nə yoxdur.

… Və mən, təsadüfən qarşıma çıxan bu şirkəti və adları tanımaq, araşdırmaq qərarına gəldim. İlk olaraq  “ana layihə”dən başlamaq lazım idi.
Beynəlxalq şirkətin dörddilli saytında (Azərbaycan,  ingilis, rus və alman dilləri) “layihə haqqında” bölmədə sahibkarların adı yazılmasa da, əlaqələr bölməsində Rusiyadakı baş ofisin telefon nömrəsi və  Azərbaycan nümayəndəliyinin məlumatları var (girdiyiniz ölkədən asılı olaraq nümayənəliyə yönləndirilirsiniz). “Onetwotrip.az” saytının isə rəsmən sahibi Kamran Rəhimov  adlı şəxsdir. (Mənbə NT.AZ)

Keçək onların ANS PRESS-də adlarını hallandırdıqları Pyotr Kutis“Phenomen Ventures” Fondu haqqında məlumatlara. Rus dili bilən oxucularım linklə tanış olmaq üçün çətinlik çəkməz. ANS Press tərəfindən ikinci sahib kimi göstərilən, mail.ru-nun da sahiblərindən biri olan Dmitriy Falkoviçin rəhbərlik etdiyi fond yalnız adıkeçən şirkətin bir səhmdarıdır və sentyabrın əvvəllərində 9 milyon dollar ilə investor olub. Dimtriy Falkoviç isə layihənin idarə heyətinin üzvü olub. Amma şirkətin təsisçiləri, layihəni 2011-ci ildə 1 milyon dollarla işə salmış Ovanes Poqosyan və Pyotr Kutis təsisçi səlahiyyətlərini, paylarını özlərində saxlayıblar.

Bundan əvvəl “Mainpeople” layihəsini işlətmiş Ovanes Poqosyan Kutislə birgə “onetwotrip”i açıb və an geci bir il ərzində əsas hədəf olaraq Azərbaycanı götürüb. Niyə? Çünki Azərbaycan son 1 il ərzində müxtəlif beynəlxalq tədbirlərin və müsabiqələrin ev sahibi olub. Saytında rahat bilet satışı həyata keçirən bir şirkət niyə ölkəmizdə nümayəndəlik açmasın və il ərzində minlərlə hava bileti (Başqa ölkələrdən Azərbaycana və Azərbaycandan başqa ölkələrə) satmaq imkanından yararlanmasın? Ermənilər Ermənistandan qaçdığı halda, erməni biznesmen öz ölkəsinə yatırım edəcək qədər səfeh deyil ki… Bu biznesdə gediş-gəliş çox olan ölkələrlə işləmək mühüm amildir.

Belə olduğu halda, bizim bu şirkətdən aldığımız biletlərin komisyon faizləri Moskvada yaşayan bir ermən işbazın cibinə axır. Diqqət yetirdinizsə, əsas saytdakı 4 dildən biri Azərbaycan dilidir. Bu şirkət ölkəmizə böyük maraq ayırır və nümayəndəliyinə tam maddi dəstək verir. Bunun isə bariz nümunəsi olaraq facebook sosial şəbəkəsində belə geniş reklam kompaniyası başladılıbdır. Bəs Azərbaycan niyə erməni işbazın ortağı olan bir şirkətə maraq göstərir? Onun nümayəndəsi olan Kamran Rəhimov hansı ideallara xidmət edir görəsən?

(Bunların arxasında başqa kimlərin və hansı məqsədlərin də durduğunu öyrənməyə çalışacam..)

Rüfət  Əhmədzadə

03.10.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma