Axı sən…

Axı sən gedəcəkdin…

Aparacaqdın özünə aid olan hər şeyi,

Mən də sənə nifrət bəsləyəcəkdim,

Məni cavabsız suallarıma atdığın kimi…

Axı sən itəcəkdin….

Daha yuxularıma da girmədən…

Mən də səni kiməsə bənzətmədən,

Qəfil rastlaşdığım hansısa üzün

hansısa cizgilərində itmədən.

Axı sən bitəcəkdin…

Aramızda olan hər şeyin bitdiyi kimi.

Axı sən gedəcəkdin…

Hansısa eyvanda qənaətdən deyil də,

Məhəbbətdən deyil də….

Rəzalətdən sönəcəkdi işıqlar.

Sənə aid heç nə yazmağa həvəs qoymadan…

“Belə daha yaxşı olar” deyib tərk edəcəkdin…

Axı sən köçəcəkdin…

Gəncliyimdən xəbər verən hisslərin köçüb getdiyi kimi.

Başqa şəhərdən alacaqdım xəbərini sənin…

Başqa səhərdən dadacaqdım qəhərini sənin…

Bir az kin qarışardı incikliyimə bəlkə…

Ən çox nifrət etdiyimi bir də görmək arzusu…

Başqasına daddıracaqdım zəhərini sənin.

Bir gün sonsuzluğa atıldığın o

məzarlığın yerin öyrənəcəkdim,

Bəlkə də bu, ən şad xəbər olardı…

Sənə olmasa da, sənin qəbrinə yaxın olacaqdım.

Qucaqlayacaqdım baş daşını,

Sığallayacaqdım sinə daşını.

Bəlkə də, elə ordaca gözlərimi yumardım…

Sən anama sevdirəcəkdin hər gün

Söyə-söyə boşaltdığı külqabını da…

Mənə aid hər şeyi müqəddəs edəcəkdin.

Axı sən gedəcəkdin…

Və bu gedişlə təmizlənəcəkdi ruhum mənim.

Niyə aldatdın məni?

Bilirdin ki, insanlar ölməklə unudulmur.

Bilirdin ki, insanlar yaşamaqla var olmur.

Nə ölmək mümkün olur,

nə insantək yaşamaq…

Axı sən bu şeirlə bitəcəkdin!

Advertisements

Axı sən…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma