Əsas səhifə » Esselər(içsəslər) » Birlik və birincilik

Birlik və birincilik

Birlik çox gözəl şeydir. Necə ki, hər seçkilər öncəsi bizim müxalifətin, hər hansı regional təhdid yarananda da türk ölkələrinin gündəminə gəlir. Amma neçə ildir ki, ya ölkə rəhbərlərinin bir-biri ilə uyuşmayan maraqları, ya da xarici dövlətlərin müdaxliləsi  bu təşəbbüslərin gerçəkləşməsinə mane olur.

Və birlik sevdasına birincilik sevdasının necə qənim olduğu da gözdən yayınmır. Türkiyə və Azərbaycanın birlik təşəbbüsləri ilə çıxış etdiyi vaxtda Orta Asiya ölkələrinin liderləri tərəddüd edir. Və ən mraqlısı odur ki, bir-birini gözü götürməyən Orta Asiya siyasətçiləri bir masa arxasına yığışmaqdan və bu toplanışı möhkəmləndirməkdənsə, xalqların həbsxanasına çevrilmiş Rusiyanın təhdidləri və göstərişləri altında yaşamağı üstün tuturlar.

Amma naşükürlük edib pessimizmə qapılmaq da düz deyil. Son illərdə müəyyən irəliləyişlər var. Və mədəni, elmi, ictimai məsələlərdə ortaq mövqeyə gəlmə halları müşahidə olunur. Ən sevindirici hal isə bu ilin avqust ayında ortaq Türk bayrağının yaranması oldu. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bayraqlarında olan rəmzlər bir araya gətirildiyi bayraq sosial şəbəkələrdə türkçü insanların pofil şəklinə döndü. Bu, xalqın içində bəslədiyi, gözlərində ümid qğılcımları yaradan bir arzunun təzahürü kimi dəyərləndirilməlidir. Amma həmin vaxtda Türkmənistan və Özbəkistanın bu təşəbbüslərdən kənarda qalması birlik sevdalısı olan kəslərdə təəssüf doğurdu.

Şübhəsiz ki, hazırda Qərbə inteqrasiya, Avropa İttifaqı ilə əməkdaşlıq hazırda bizim üçün prioritet olmalıdır. NATO ilə tərəfdaşlıq da önəm daşıyır. Rusiya ilə münasibətləri də Moskvanın imperialist maraqlarına baxmayaraq mehriban qonşuluq siyasəti ilə dvam etdirmək olar. Amma… Bizim özümüzə aid olan birlik ideyası unudulmmalıdır. Bu, yalnız yüzillərlə ürəklərdə yaşanılmış, nəsillərə ötürülmüş  idealist xəyalı deyil. Daha doğrusu, bəlkə də bizim gündəmimizdə ən realist yanaşma tələb edən məsələdir. Türkdilli ölkələrin həm iqtisadi, həm də siyasi interqasiyası gerçəkləşməsə, ya rus-erməni təhlükəsi, ya fars təhlükəsi, ya sələfə-vəhabi təhlükəsi, ya da Avropa xristian dəyərlərinin əritmə təhdidləri daha çox qabararaq üstümüzə gələcək. Məgər pisdimi vahid iqtisadi, mədəni və siyasi məkanda birləşmək? Qırğız gəlib rahatlıqla Azərbaycan mədəniyyətini öyrənəcək, Azərbaycan türkü isə Qırğızıstanda. Həm də bu ölkələrdə vahid valyuta olacaq. Hazırda əngəl kimi görünən xırda narazılıqlar, özbək-qırğız münaqişəsi belə asanlıqla həll olub gedəcək. Bax, buna görə də, sapı özümüzdən olan baltalar və onların başını tumarlayan ayətullahlar, ivanuşkalar, connilər milli dəyərlərimizi istehza obyektinə çevirirlər. Kosmopolit düşüncə isə cəmiyyətdə cövlan edir – evinin içini unudaraq, dünya dövlətinin fədailərinin timsalında.

Onlarla çox işim yoxdur. Biz milli düşüncəli insanlar yumruğumuzu bir nöqtəyə vurmayınca, belə zərbələr, lağlağılar, ayaqçəkdilər çox olacaq. Əsas özümüzdən danışaq. Avqust ayındakı Bişkek toplantısında İslam Kərimov görünmədiyi halda, bu günlərdə  Bakıya səfər etməsi məni bədbinlikdən ayırdı.

Qırğızıstan və Türkiyə ilə münasibətləri heç də yaxşı olmayan Özbəkistanın Azərbaycan vasitəsi ilə  Türk birliyi yolundakı hərəkətlənməyə cəb olunduğuna ümidlərim yarandı.

Lakin bu arada Lukaşenkonun açıqlaması məni sarsıtdı: “Rusiya, Belarus və Qazaxıstan Avrasiya İttifaqının vahid dövlətə çevirmək barədə razılaşıblar. Qırğızıstan da bu ittifaqa qoşulmağa hazırlaşır”.

Amma sarsıntıların ardınca başqa bir xəbər yayıldı. Nursultan Nazarbayev İstanbulda keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunun bağlanış mərasimində deyib ki, Türklər yalnız birləşməklə dünyada effektiv gücə çevrilə bilərlər.

N.Nazarbayev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdən sitat gətirib: “Atatürk deyərdi ki, vaxt gələcək, bütün türklər birləşəcəklər. Ona görə də mən bütün türkdilli qardaşlarımı salamlayıram. Altay və Aralıq dənizi arasında bizim 200 milyon qardaşımız yaşayır. Əgər biz birləşsək, bütün dünyada effektiv gücə çevrilə bilərik”.

Burada suallar doğur: Biz necə birləşirik? Kimlərlə … Kimə qarşı? Və ən əsası, nəyin xatirinə?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma