Əsas səhifə » Esselər(içsəslər) » Fransa bizi sevir (?)

Fransa bizi sevir (?)

Dostlar diqqətli olsun: Fransa demokratiya tarixində öz töhfələri ilə seçilib. Amma bu töhfələr yalnız xristiyan dünyasını əhatə edib. Türk və müsəlman dünyası üçün nə edib fransızlar? Osmanlını tarix boyu parçalamaq və daxildən qarışdırmaq planlarının paşında durub.

Atatürkə, Türkiyə xalqının müstəqilliyinə qarşı savaşıb və savaşanlara dəstək olub. Afrikada müsəlman xalqlarını əsir-yesir edib, müstəmləkəçilikdən başqa, soyqırımlarla yadda qalıb. Yaxın Şərqdə süni və şiə müsəlmanlar arasındakı toqquşmaları qızışdırıb. Yunanların türklərə qarşı savaşda arxasında durub və indi də Şimali Kiprə qarşı qərəzli siyasət yürüdür.

Farnsa PKK və ASALA terrorçularını himayə edib,maliyyə dəstəyi göstərib, türklərə qarşı rəqibi Britaniya və ideoloji düşməni SSRİ ilə də işbirliyi qurub. Miqrantlara guya qucaq açsa da, müsəlman vətəndaşlarını sıxışdırmaqdan da durmayıb.

İranda İslam İnqilabının gerçəkləşməsinə və anti-Türk, anti-Azərbaycan siyasətinin möhkəmlənməsinə yardımçı olub. “Erməni soyqırımı”nı tanıyıb və növbəti sürprizlər hazırlayır… 20 ildir ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağın işğal faktını “münaqişə” zəminində belə aradan qaldırmağa dəstək olmur. Əksinə, əngəl törədir…İndi isə Elşad Abdullayevi himayə edir. Fransa bizi belə çoxmu sevir? Müzakirəyə hazıram.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma