Əsas səhifə » Ordan-burdan » Putin Ərdoğanın qarşısını necə alacaq?

Putin Ərdoğanın qarşısını necə alacaq?

Qaya Əliyev: “Yaxın perspektivdə Rusiyanın ciddi revanş imkanları görünmür”

“Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb ki, Ankarada məcburi endirilmiş “Syrian Air” aviaşirkətinə məxsus təyyarədə Hava Hücumundan Müdafiə sistemlərinin radiolokasiya stansiyaları üçün texniki elementlər olub.

Bildirilir ki, bu növ yük xüsusi sənədləşmə tələb etmir və təyyarə üçün təhlükə törətmir: “Ona görə də bu yükün daşınması beynəlxalq qanunvericiliyi pozmayıb”.

Bununla belə, Rusiya Federal Təhlükəsizlik Xidməti müvafiq qurumlarda informasiya sızması ilə bağlı xidməti yoxlama aparacaq: “Türkiyə hakimiyyət orqanları böyük ehtimalla təyyarədə olan yük barədə məlumatlı olub. Əks halda, mülki təyyarəni məcburi endirmək riskinə getməzdilər”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın “Vnukovo” hava limanından qalxan Suriyaya məxsus “Airbus A320” sərnişin təyyarəsini havaya qalxan iki türk qırıcısı Ankarada məcburi endirib. Təyyarədə “döyüş sursatları ilə dolu” olan qutular aşkarlanaraq müsadirə olunub, təyyarə isə yoluna davam edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qutularda Rusiya istehsalı olan və Suriya Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş hərbi sursatın olduğunu bəyan edib. Suriya Xarici İşlər Nazirliyi isə bunu təkzib edərək, Ankaradan yükün qaytarılmasını tələb edib.

ABŞ və NATO Türkiyənin bu qərarını dəstəkləsə də, Rusiya, Suriya və İan tərəfindən birmənalı qarşılanmayıb. Lakin Rusiya tərəfi açıq şəkildə mövqe də bildirməyib. Qeyd edək ki, bu  günlərdə Putinin Ankaraya səfəri gözlənilirdi və Suriya ilə sərhəddə baş verən toqquşmadan sonra bu səfər noyabr ayınadək təxirə salınıb. Ekspertlərin fikrincə, Suriya və Türkiyə arasında gərginliyin artması Rusiyanı həm qəzəbləndirib, həm də çıxılmaz vəziyyətə salıb. Belə olduğu təqdirdə, Azərbaycanın yaxın müttəfiqi Türkiyəyə qarşı təzyiq etmək üçün Qarabağ cəbhəsində gərginliyin artacağı barədə proqnozlar verilir.

Proseslərin necə inkişaf edəcəyi, Rusiyanın Türkiyə və Qərbə qarşı revanş tədbirləri, eləcə də bölgədəki toqquşmalar fonunda Qarabağ müharibəsinin də yenidən qızışması ehtimalları ilə bağlı “Cəmiyyət”in suallarını politoloq Qaya Əliyev cavabladı.

“Xatırlatmaq istərdim analoji insident Balkan müharibəsi dövründə də baş vermişdi.Rusiyaya məxsus olan təyyarəyə baxış keçirilərkən hərbi arsenal aşkar olunmuşdu.Məhz bu hadisədən sonra Azərbaycan NATO münasibətlərində yeni səhifə açılmışdı”, – deyə, politoloq bildirdi.

O vurğuladı ki,Türkiyənin Suriya hadisələri ilə bağlı mövqeyi Rusiyanı narahat edir: “Rəsmi Moskvanın Türkiyəyə simmetrik pressinqi gözləniləndir. Yəni, Türkiyə Rusiyanın müttəfiqi Suriyaya təzyiqlər edirsə, Rusiya da Türkiyənin müttəfiqi Azərbaycana qarşı təzyiqlər göstərə bilər.

Lakin bu pressinqin Qafqazdakı etnik münaqişələrin,o cümlədən  konservləşdirilmiş Qarabağ konfliktinin aktivləşdirilməsi ilə müşayət olunacağı,o qədər də real deyil.Məsələ burasındadır ki, rəsmi Moskva çox gözəl anlayır ki, bu konfliktin yenidən alovlanması proqnozlaşdırılması mümkün olmayan, ekspromt proseslərin inkişafı ilə baş verər və subregionda balansın pozulması, qüvvələr nisbətinin arzuolunmaz şəkildə dəyişməsi ilə nəticələnə bilər”.

Q.Əliyevin fikrincə, istənilən halda Qarabağ münaqişəsinin yenidən alovlanması subregionda Türkiyənin konfliktə müxtəlif formada müdaxiləsi ilə və Türkiyənin həlledici aktor kimi çıxış etməsi ilə müşayət oluna bilər.

“Bu halda, hələ ki, Rusiya Cənubi Qafqazdan mövcud status-kvonun konservasiyasında maraqlıdır və situasiyanın nəzarətdən çıxmasından ehtiyatlanır. Yaxın perspektivdə Rusiyanın ciddi revanş imkanları görünmür. Təbii ki, imperial ambisiyalar Moskvanı bu və ya digər formada Qərbə və yaxın şərqin yeni flaqmanı Türkiyəyə qarşı  adekvat addımlar atmağa məcbur edəcək. Lakin,Yaxın və Orta Şərqdə proseslər heç də Moskva-Pekin-Tehran siyasi oxuna yaxşı heç nə vəd etmir”, – deyə, Qaya Əiyev əlavə etdi.

Rüfət

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma