“Bütün seks işçilərinə hörmətlə”

Asmetrdamda fahişə abidəsi(Hərflərin tüstülü gəzişməsi)

Bir neçə gün bundan əvvəl yaxınlıqda yaşayan bir dostum bizə qonaq gəlmişdi. Birlikdə noutbukun arxasında oturaraq,  “facebook”da ümumi tanışımız olan adamların profilinə göz gəzdirir, söhbətləşirdik. Təsadüfən profillərin birindən rəssamlıqla bağlı bir səhifəyə keçid aldıq. Mənim fərqli incəsənət nümunələrinə dərin marağım olduğundan, səhifədə paylaşılan rəsm əsərləri və heykəllərin şəkillərinə baxmağa başladım. Birdən, Hollandiyada fahişələrə qoyulmuş və üstündə “Bütün seks işçilərinə hörmətlə” yazılmış heykəl haqqında paylaşım diqqətimi çəkdi. Maraqlı bir informasiya bölüşürmüş kimi, dostuma “buna bax, fahişəyə heykəl qoyurlar” dedim. O isə başını buladı: “Nə olsun, bizdə fahişələrə, düşüklərə fəxri adlar verirlər”…

Bu sözə ikimiz də gülüşdük. Amma dostumun “siyah mizah”ı məni yaman tutdu. Bir növ ölkəmizin yerinə xəcalət çəkməyə başladım. Bir anda Azərbaycan çoxunun “mavilər və fahişələr ölkəsi”, yaxud da qısa olaraq “biqeyrətlər ölkəsi”  adlandırdığı  Hollandiyadan da aşağı göründü gözümdə.

Dostumu yola salandan sonra isə yenidən “Facebook”a girdim və “elitar.info” saytının rəhbəri, jurnalist dostum Elmin Bədəlovun paylaşdığı müsahibə linkinə girdim. İndi tanımayan minlərlə insanın da tanıdığı, amma mənim artıq 5-6 ildir tanıdığım, lakin heç vaxt yaxından münasibətim olmayan bir şəxslə idi müsahibə. Əməkdar artist İlqar Cahangirlə.

Müsahibənin ilk oxucusu sayılaram, çünki mən oxuyanda yazı sayta təzə qoyulmuşdu. Nə isə… Başlıq və altbaşlıqlara baxanda fikirləşdim: “bu adam dəli olub”. Bir az oxudum, düşündüm ki, yox, dəli olmayıb, sadəcə kimsə onun xətrinə yamanca dəyib, danışmaqlaheyif çıxır. Oxudum sona yetdim, anladım ki, nə dəli olub, nə də heyif çıxır. Sadəcə, İlqar Cahangir nəhayət öz rolunu oynamağı qərara alıb. Bəli, bəli, öz rolunu!

İlqar Cahangir 15-20 il də səbr edə, rejissor və digər işikeçən adamlarla mehriban davrana, potensialını məddahlığa həsr edə, sonunda hansısa fəxri ada ümid edə bilərdi. 15-20 ildə nə olacaq, kimsəyə bəlli deyil. Amma burada əsas məsələ insanın öz mövqeyini ortaya qoymasıdır. Mən bu yazımda İlqar Cahangiri vəsf etməyəcəm, onun işdən öz ərizəsi ilə çıxdığını, yaxud da qovulduğunu araşdırmayacam.

Lakin diqqəti bir məqama yönəltmək istəyirəm. Rejim sizlərdən qorxur. O zaman ki, siz qovulmaqdan qorxursunuz. Hara qədər qovacaqlar, hamını qovacaqlar, hara qovacaqlar? Siz başınızı götürüb bu ölkədən qaçmağa çalışdığınız zaman, etnik mafiyalar sizin Vətəninizi öz mülklərinə çevirəcəklər, bu barədə düşünürsünüzmü?

Bu gün qorxu elə bir anlam daşıyır ki, təzyiq anında geri çəkilməsən, sonra o qorxudan əsər-əlamət qalmır. Sosial şəbəkələrdə hər kəs İlqar Cahangirdən danışır, onu hətta qəhrəmanlaşdırıblar. Bəli, bu gün ondan danışılmalıdır. Amma onun şəxsindən yox, cəmiyyətdəki obrazından.  Onun kimi minlərlə aktyor, minlərlə müəllim, minlərlə jurnalist…. Milyonlarla vətəndaş öz etiraz səsini ucaltmaq istəyir. Amma hər birinin müəyyən səbəbi var və susur.  Kimsəni qınamağa haqqımız yoxdur. Yaxşı, bəs danışanlar? Onlar doğrudanmı dəli olublar? Bəli, dəli olublar! Onları dəli edən xalqın susqunluğudur.Praqada fahişələr üçün başqa bir abidə

Xalq anlamalıdır ki, heç bir məmuru, hətta prezidenti belə sevmək və ondan qorxmağa məcbur deyil. Hər kəs anlamalıdır ki, bu ölkədə şah da, padşah da, rəhbər də qanundur. Mən Milli Məclisin son zamanlar aqoniyadan bir-birinin ardınca çıxardığı sərsəm qanunlardan danışmıram. Mən hüquqdan danışıram. Azadlıq hüququndan. Bəli, heç “azadlıq” sözünün tərifini məndən soruşsalar, tam izah edə bilmərəm. Eləcə “azadlıq” deyib keçərəm. Əslində, elə bu sözü çox izah etməyə ehtiyac da yoxdur.

Əgər müstəqil dövlətin mətbuatını yaradırıqsa… 20 ildə artıq yaranmalıydı. Və 20 illik bu dövrdə mətbuat bu gündə, bu vəziyyətdə olmamalıydı. Xüsusən də, nəzərə alanda ki, bizim milli mətbuatımız 19-cu əsrin 70-ci illərində yaranıb. Bezib! Hər kəs bezib. Mən də bezmişəm! “Filan şey olmaz, bəhman şey getməz” tipli qadağalardan zara gəlmişəm.

Ola bilər ki, bir neçə gün sonra bu yazıma görə mənim də işimdə bir “əmma” tapılsın, mən də işsiz qalım. Amma nəzərə alın, əgər cəmiyyətdə çox demirəm, 10 nəfər ortabab vətəndaş belə etiraz bəyanatı, yazı və müsahibə ilə çıxış etsə, ictimai fəal gənclərimiz də onlara dəstək göstərsə, hökumət geri çəkilər, sıxma-boğma üsulundan əl çəkər. Əgər siz aksiyada döyülməkdən çəkinirsinizsə, onlar da milyonların etirazından vahimələnirlər.

“Öz rolunu oynamaq” ifadəsi işlətdim bayaq. Mənim də bir yaxın qohumum xalq artistidir. Dövlətdən qayğı görür, amma o da yeni rollar almır, kinoya çəkilmir, yaşlı vaxtında şikayətçi deyil, gənc aktyorların da problemlərini qabartmır. Səhhəti də, ailə problemləri də onu bəs qədər məşğul edir. Əlbəttə ki, o da bir gün dünyasını dəyişəcək. Və  çox qorxuram ki, xətrini çox sevdiyim bu insan haqqında nə qədər gözəl sözlər desəm də, fikrimdən ancaq və ancaq Həbib Müntəzirin rəhmətlik Yaşar Nurinin vəfat günü yazdığı status keçəcək: “Səhnədə super rollar oynadı, həyatda öz rolunu oynamadan rəhmətə getdi”.

Rüfət Əhmədzadə.

01.12.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma