Əsas səhifə » Oxu Malı » Hər şeyin bitdiyi yerdən başlamaq

Hər şeyin bitdiyi yerdən başlamaq

(hekayə)

Bu həyatda hər kəs həyatını hansısa yerdə yenidən başlamalı olur. Hətta şahzadə doğulub padşah ölənlər də. Ola bilər ki, ucqar bir kənddə yaşayan kimsə mən dediyim “hər kəs” kimi olmasın. Amma bu hissi çoxumuz keçiririk. Və deməli, yenidən başlamaq həyəcanı insani hissdir.
Biri var həyatının sevgisini tapandan sonra başlayasan. Biri də var itirəndən sonra. Varlandıqdan sonra, kasıbladıqdan sonra, ailəsini tapandan və yaxud kimsəsiz qalandan sonra yenidən başlayanlar da var. Amma mənim başlamağım bu “başlamaq”lara qəti bənzəməz. Mənim başlamağım hər şeyin itməsiylə birlikdə təzahür edib. Öz bərqini həyatımın zülmətə büründüyü zamanda vurur. Hər şey paralel gedir. Xeyir və Şər əl-ələ verib rəqs edirlər. Mən hər şeyin bitdi yerdən başlayıram. Və özüm də itirəm. Nə deyə bilərəm ki? Sadəcə:
– Boşanıram!
Eşitdiyim nə ola bilər ki? Bəlkə, “niyə” sualı. Cavabı da çox düşünmək lazım deyil:
– Artıq sevmirəm.
Bu cavab, bəlkə də sevgi ilə qurulmayan ailədə belə partlayış doğurmazdı:
– Nə? Cəhənnəmə sev, gora sev!… Bəs uşaq?
Hə… Doğrudan da. Mən özümü düşünmürəm, sevgimi düşünmürəm. Bəs sevgimin bəhrəsi? Bəs mənim övladım?
– Doğulanda baxarıq!
Hara baxacaqsan ki… Necə baxacaqsan ki… Susursan. Yaşamaq istəmirsən o an. Bunu etiraf etmək elə də çətin deyil. Amma sən yalanı üstün tutursan. Daha doğrusu mən. Bir az dəqiqləşdirim – hekayəmin qəhramanı.
– Daha səninlə yaşamaq istəmirəm.
Hər şey o an bitir. Ətrafdakı maraq da. Hətta oxucunun marağı da. Çünki ona reallıq lazım idi. Çünki ona gerçək və yaşanmış bir faciə daha cəlbedici görünür.
– Mən sadəcə deyintidən bezmişəm.
Bəlkə başqa cür gətirək – axırıncı və hər şeyə son qoyan bir cümləni?
– Qısqanclığından təngə gəlmişəm….
Bəli, onsuz da burda hər şey bitir. Və yenidən başlamaq lazım gəlir. Məsuliyyətdən, sədaqətdən, yersiz nəzarətdən uzaq şəkildə.
Dünən sənin şərt qoyub başından rədd etdiklərin bu gün səndən çox yüksək yerdədirlər. Dünən sənin dindarlıq tələbiylə ayrıldığın bir insan, bu gün dindar bir həyat sürür, amma sən içkiyə qurşanmış, sərsəri və mənası həyat.
Dünən sənin üçün ölənlər bu gün yaşayır. Amma sən ölmüsən….
Yaxşı, bəs həyatı zülmətə bürüyən nədir ki? Gözlərini həddindən artıq qamaşdıran sevgi!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma