Əsas səhifə » Oxu Malı » Apaçi rəqsi (mənsur şeir)

Apaçi rəqsi (mənsur şeir)

Biz səninlə dağların azad övladlarıydıq. Bizim hürr həyatımız qanunsuz da keçirdi. Biz səninlə özümüz-özümüzə ağa və əsgər idik…. “Nökər” sözü yad idi, gəlmələr gətirdilər.
Biz səninlə sevginin həzzində idik onda… Biz səninlə düşmənlik, oğruluq tanımırdıq. Çöllər bizim, dərə bizim, təpə bizim, dağ bizim… “Hasar” sözü yad idi, gəlmələr gətirdilər.
Biz səninlə o qədər xoşbəxt idik, amma ki… O zaman xoşbəxtliyin adını da bilmirdik. Çünki bədbəxtlik nədir, hələ hiss etməmişdik. “Ağrı” sözü yad idi, gəlmələr gətirdilər.
Amma yox, əslində oğruluq da var idi. Düşmənlik də, ağrı da… Hamının bədbəxtliyi biryolda kəsişirdi, sadəcə xoşbəxtlərin kinayəsi yox idi.
Yuxarı da biz idik, aşağı da biz idik. “Yuxarıdan aşağı baxmaq” – bizə yad idi.
Bütün bizə yad olan nə varsa gətirdilər. Bizi kölə etdilər. Ağalarmı? Heç də yox…
Elə qulbeçələrdi, özləritək olmayan azadlıq aşiqlərin sındırıb qul etdilər. Ağlar gəldi, qızıllar getməyə yer tapmadılar.
Bax, bir kahin demişdi: “Apaçilər hamısı ölümdən sonra azad olacaqlar!”.
Biz savaşdıq. Biz öldük. Biz azadlığa qovuşduq. Bəs apaçilərdən sonra nə qaldı?
Əllərini yanına salıb yelləndiyin bir rəqs!
Dayan, dayan… Axı biz… Əslində heç apaçi də deyildik. Bizi əzən yadlar yox, elə öz aramızdan çıxan xainlər idi…
Bəs necə məğlub olduq? Biz necə əsir olduq?
Savaşmadıq. Ölmədik. Xainlərin cəzasını vermədik…
Görən, bizdən nə qalar?
Əllərini havada oynadıb fırlandığın rəqs!
(Rüfət Əhmədzadə)
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma