Bizim çöhrəmiz qanlı

Dünən mənim də yeni üzvlərindən olduğum Milliyyətçi Gənclər Təşkilatının (MGT)  40 üzvü  hava limanına gedərkən saxlanılıb 25-ci bölməyə aparılıblar. Bir müddət bölmədə qalıblar, ifadələri alınıb, yalnız ondan sonra buraxılıblar.

Səbəb? İfadə alınmalı səbəb nə idi axı? Xuliqanlıqmı törətmişdilər? Mən yazım, siz isə yozun: o gənclər yalnız və yalnız Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlını qarşılamağa gedirdilər. O gənclər quzeyli, milliyyətçi gənclərdir. Hər birinin qəlbi Bütöv Azərbaycan sevdası ilə döyünür. O sevda ilə ki, vaxtaşırı dövlət rəsmiləri, məmurlar tərəfindən də dilə gətirilir, bəzi deputatlar da bol-bol danışıb yada salırlar.

Nəticə? Çöhrəqanlı əliqanlı canilər, arzuolunmaz şəxslər (persona nonqrata) kimi geri qaytarıldı. Onu qarşılayan gənclərsə həbs olundu.

Mahiyyət? Quzey güneyinə sahib çıxa bilmir – bu bir yana, Quzey özünə belə sahib çıxa bilmir. Əgər sahib çıxsaydı, belə biabırçılıq ola bilməzdi. Bütün bunlardan sonra, inkişaf da, qüdrət də, güclü iqtisadiyyat da… Mənim üçün “Palavra, palavra” mahnısı altında dinlənilməli söhbətlərdir.

Çöhrəqanlı tam ideal və  unikal lider olmaya bilər. Kimlərsə ortaya atılıb onun hansısa səhvlərini yada salarlar. Ya da bəzi “balitoloq”lar  Çöhrəqanlının gəlişini seçkilər ərəfəsində məqsədə uyğun hesab etməyə bilərlər…

Amma Çöhrəqanlı Güney Azərbaycanın oyanışı uğrunda yetərincə zəhməti keçən insandır. Və heç vaxt da, Quzey Azərbaycandakı siyasi proseslərə qarışmağa, divident qoparmağa çalışmayıb. Əksinə, Çöhrəqanlı daim Azərbaycan hökuməti ilə dil tapmağa çalışıb. İndi isə ona təxribatçı münasibəti göstərilir…

Çox danışmayacam. Bütün bu məqamlar fonunda, Çöhrəqanlının yalnız bir səhvi ola bilər. O da ki, Azərbaycana hərbi təyyarə ilə, hərbi gəmi ilə gəlməməsi. Binəva nə etsin? Yoxudur axı… Onun bir qanlı çöhrəsi var, bizim də həmçinin.

Qanlı çöhrəmizi gözü götürməyənlərin isə… Onların əli qanlıdır.

Rüfət Əhmədzadə

16.08.2013

Advertisements

Bizim çöhrəmiz qanlı” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma