Əsas səhifə » Esselər(içsəslər) » İdeal nəsil axtarışında

İdeal nəsil axtarışında

İdeal nəsil axtarışında
(esse-status)
Dinsizliyin meydan sulamasına qarşı olduğum qədər, dindarlığın da cəmiyyətdə hakim olması və hər məsələdə göz deşməsinin əleyhinəyəm. Profilimi çoxdan izləyənlər fikrimi anlamalıdır.
Bir sözlə, tolerantlığın və yanlış hədəflərə yayınmadan, milli maariflənmənin tərəfdarıyam. Amma bir eqom da var: Cəmiyyətdə Türkçülüyün bir addım irəlidə olmasını istəyirəm. Bəlkə də səhv edirəm, amma olanım budur. Zəvzək kimi görünsəm də, dialoq və mübahisələrin əleyhinəyəm.
Çox adam olan yerdən qaçıram. Qalanda isə nə danışacağımı bilmirəm, hətta sərsəmləyə də bilərəm…
Türkçü olsam da, adımı-soyadımı sevirəm. Heç nəyə dəyişmərəm. Amma övladlarıma qədim türk adları vermək istərdim. Əgər vaildeynlərim imkan versələr. Təəssüf ki, onlar 27 il əvvəlki hadisəni unudublar. Babam adımı Seyidqulu qoymaq istəyirdi, anam isə Ayxan və ya ən pis halda Rüfət variantında təkid edirdi. Axırda “ən pis halda” variantı qalib gəldi. Amma yenə də xoşbəxtəm. İstəyirəm ki, övladlarım məndən də xoşbəxt olsun. Lakin yenə də bilmirəm… Övladlarımın 27 yaşı olarkən, məni nədə ittiham edəcək.
Bunu ona görə yazıram ki, ideal nəsil və ideal dövr olmur. Bütün mübariz maarifçilərin mübarizəsi narazılıq və etirazlar üzərində qurulub.
Mirzə Cəlil baz kişi olub, amma onu tarixə salan milli məfkurəsi olub. Mən də o məfkurəni davam etmək istərdim. Əlbəttə ki… Bu iddiada olanlar çoxdur. Amma kimsə Mirzə Cəlilin millətçi olduğunu qabartmaq istəmir. Nə isə… Mirzə Cəlil, Sabir, Haqverdiyev, Üzeyir bəy, Zərdabi savadsızlıq və mövhumata qarşı idi. Kütlənin gözünü dolayısı yollarla açmağa, mütəşşəkil bir millət – əsl millət yaratmağa çalışırdılar. Nəticədə isə şaltay-baltay bir şey alındı. Məndən bu qədər.
Bir köşə yazısı həcmində status yazdım. Oxuyan çox olmayacaq, amma sadəcə ürəyimi bir az boşaltmaq istədim. Mənim profilim mənim gündəliyimdir. Çalışın, beyninizi ac saxlamayın. Yedizdirin onu, qidalandırın. Tam oxuyub bəyənən kəs paylaşa bilər. Amma çox şeyi yazmamışam. Ya da yazmağa enerjim və istedadım çatmayıb…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma