Orta statistik şeir

Sənin orta statistik tələblərin var…
Mənim orta statistik problemlərim….
Bircə sevgimiz fərqli görünür…
Amma deyirlər ki, zaman öldürür.
Bacarsaydım, zamanı durdurardım.
Heyif ki, bacarmıram,
Bacardığım da eləcə sevməkdir…
Orta statistik qadınları yaman güldürür.

Bilirsən.. Mən səni o qədər sevirəm ki,
Baş götürüb qaçardım.
Səndən, sənə sevgimdən.

Uzaq bir məmləkətdə,
insanların bolluğundan
adam tapmaq çətin olan
bir şəhərə sığınardım bəlkə də.
O şəhərdə çay olsaydı,
Sahilində ağlayardım doyunca….
Səndən, sənə sevgimdən.

Dəniz olsaydı orda,
Orta statistik kədər yaşardım,
Xırda ələ yatan daşlar atardım…
Beləcə boşalardı bəlkə də,
Sinəmə dolub yük olan daşlar…
Səndən, sənə sevgimdən.

Su olmasın, daşlıq-qayalıq olsun,
Düzənlik də yarayar…
Bir yaşıl ağac da tapmasam belə…
Bir binanın damından meydan oxuyardım sonsuzluğa….
Uzaqdan-uzağa güc də alardım,
Bəlkə yeni,
Daha fərqli,
Daha fərli şeirlər üçün ilhamlanardım.
İntihar öncəsi əsər yazardım….
Səndən, sənə sevgimdən.

Getmək, qaçmaq,
yaman baha başa gələr, bilirəm…
Mən ki, orta statistik kişiyəm.
Pul olsaydı,
Mən elə səni götürüb qaçardım.
Başım qalsın,
Onsuz da bu insanlar ifrazatla doldurublar beynimi.
Mən ən təmiz, ən pak olan şeyləri aparardım…
Səni, sənə sevgimi.

(Rüfət Əhmədzadə, 30.08.2013).

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma