Rüfət Əhmədzadə – “Ayrılıq yağışı”

Gəlsin bu gecə üçün bir ayrılıq şeiri.
Kədərim yüngül olsa,
bir oxucum da getsin…
Yağsın bu gecə üçün bir ayrılıq yağışı!
Bitirdiyi gül olsa, gözlərimdən də axsın.

Əssin bu gecə üçün bir ayrılıq küləyi…
Sovurduğu toz isə,
Səndən iz də gətirsin!
Bir ildırım da çaxsın,
Tanrı vursun başımdan…
Şilləsi ağır isə,
Səndən söz də gətirsin.

Yansın bu gecə üçün qaranlıq göylərim də,
Qoy, qaranlıq ruhumun
heyfindən alışsın.
Bir ayrılıq da gəlsin – öpüşlərlə öldürən.
Qoy səhərim
gecənin keyfindən alışsın.

Gediş çoxsa, gəliş yox,
bir nəğmə də bəs edər…
Layla oxuyan qadın mərsiyə desin bir az.
Amma indi bəs edər,
bu gecə üçün yetər…
Heç olmasa, bu gecə, kim isə sevsin bir az.

(Rüfət Əhmədzadə)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma