Əsas səhifə » Poeziya » Qadınsız soyunmaq

Qadınsız soyunmaq

(“Boz sviter”)

Səhərdən əynindəki sviteri

Astardan geydiyini

Ancaq gecə,

Yatmazdan bir az öncə anlayarsan.

Kimisi “adi huşsuzluq” deyəcək,

Kimi “səhlənkarlıq” hesab edəcək….

Sənsə bunun adını

“Qadınsız geyinmək” qoyub yatarsan.

Səhərdən əynindəki sviterin

Çiyinlərinə dağılan saçlarda

Nəyinsə çatışmadığını sən….

Ancaq gecə,

Yatmazdan bir az öncə anlayarsan…

Kimsə “daraq” deyəcək,

Kimi bərbəri məsləhət görəcək…

Sənsə bunun adını

“Qadınsız yaşamaq” qoyub yatarsan.

Səhərdən əynindəki sviterə

Bir bozluq hopduğunu

Ancaq gecə,

Yatmazdan bir az öncə anlayarsan.

Kimsə baxıb qara rəng də seçəcək,

Kimi əlavə naxışlar sezəcək…

Sənsə bunun adını

“Qadınsız soyunmaq” qoyub susarsan…

Rüfət Səid Əhmədzadə,

30.09.2013.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma