Bir az yaxın tut yaxanı

Danışmağa ehtiyac var,
Əslində ağlamağa.
Bir az yaxın tut yaxanı…
Və qoyma yıxılmağa!

Sən olma mənim kimi,
Necə aldatdım səni.
Ya da aldatmadım ki,
Elə ağlatdım səni.

Sən yaxın gəl, həmdəm ol,
Hamı qaçdığı vaxtda…
Barı sən unutqan ol,
Kinlər daşdığı vaxtda.

Haqqım da yox, bilirəm…
Amma nəsə tapaq gəl.
Uzun bir yol gəlmişəm,
Geri kəsə qaçaq gəl!

Gülməyə ehtiyac var,
Əslində ovunmağa.
Bir az yaxın tut yaxanı,
Gözlərinə qalxmağa!

 

Rüfət Səid Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma