Sən lazımsan!

Sən nəyə lazımsan, yaxşı bilərsən.
Haqqın tapdandığı yerdə susarkən.
Pisliyə bulaşıb, yaxşı bilərsən…
Düzün aldandığı yerdə susarkən.

Susarsan o yerdə danışmaq gərək,
Bir gün sən yıxılıb, yerdə susarsan.
Dolanmaq lazımdır, çalışmaq gərək…
Çəkib gözünə bir pərdə, susarsan!

Sən kimə lazımsan, yaxşı bilərsən,
Vətənə, millətə göz yumduğun an.
Bir əmr versələr, “yaxşı” deyərsən…
Öz alçalmağına göz yumduğun an.

Yumarsan gözünü, bərəltməliykən,
Bəlli etməliykən qəzəb odunu!
Yumarsan gözünü, yumaq kimi sən…
Görməzdən gələrək şərəf yolunu.

Sən mənə lazımsan, yaxşı bilərsən,
Boşuna, havaya danışmıram ki!
Bəlkə də lağ edər, yaxşı gülərsən,
Səni üzmək üçün çalışmıram ki!

Gülərsən özünə acımadan sən,
Qəhqəhə çəkərək bədbəxtliyinə.
Sən ancaq qorxudan ağlayacaqsan,
Utancı saxlayıb axirətinə!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma