Uzaqda olsan belə…

Sən yoxmuşsan kimi davrana bilmirəm,
Nə edim?
İşim-gücüm səni unutmaq qədər arta bilmir.
Qayğılarım səni düşünmək qədər ola bilmir.
Ağrılarımsa arabir ürəyimi titrədir…
Nə olsun ki?
Əsas odur, uğrunda döyünməyə
Uzaqda olsa belə…
Kimsə varmı?
Nə bilim!..

Sən getmişsən kimi davrana bilmirəm,
Nə edim?!
Elə indi burda idin, tutmuş idin əlimdən…
Elə indi məndə idin, hopmuş idin dərindən…
Tənhalığımsa arabir dilimə topuq verir…
Nə olsun ki?
Əsas odur, uğrunda söz qoşmağa
Uzaqda olsa belə..
Kimsə varmı?
Nə bilim!..

Sən pismişsən kimi davrana bilmirəm,
Nə edim?
İncikliyim nifrin olacaq qədər arta bilmir…
İtkinliyin bezgin olacaq qədər yora bilmir…
Acizliyimsə arabir yerişimi büdrədir…
Nə olsun ki?
Əsas odur, uğrunda sürünməyə
Uzaqda olsa belə..
Kimsə varmı?
Nə bilim!..

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma