Özü yıxılan ağlamaz

“Özü yıxılan ağlamaz” deyiblər…
Ağlamağa nə qaldı ki sevgidən?
“Şair dərdi sirr saxlamaz” deyiblər,
Danışmağa nə qaldı ki sevgidən?

Ağlamaq deyil ki, sızlamaq imiş…
Hədər gedən zəhmətin kədəriylə.
Danışmaq deyil, sayıqlamaq imiş…
Qan donduran sevgi sətəlcəmiylə.

Bir borana düşərsən, amma bədən
Yanar, qovrular odundan bu dərdin.
Hər gecən də sabaha açılırkən…
Hər səhərdə bir gecə kəşf edərdin.

Hər kəşfində yeni nəsə var, sevin…
Hər ağrını yeni şəklə salırsan.
Hər şəkildə yeni kimsə var, sevin…
Hər kimsə də, yenə şəklə salırsan.

Bəs yanında, həyatında kim qalıb?
Şəkillərmi otağını qızdırır?
Bir küncdə can verir köhnə şeirlər,
Yeni şeir ocağını qızdırır…

Rüfət Əhmədzadə (Rüfət Səid)

12.10.2013

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma