Ölüm xəbəri

(mənsur şeir)

Bir gün ölüm xəbərini alarsan. Hardansa, lap uzaqdan, ya da ki, lap yaxından… Ürəyinin dibindən. 
Hər şey gözündən düşər… Elə hər kəs… soyqırıma uğrayar. Bir gün ölüm xəbərinə verərsən – o günədək sənə ağrı, həyəcan, lap iztirab olsa da, dərdi şirinləşdirən qovuşmaq ümidin də… Hamısını bir anda itirərsən.
Mən gündən danışıram… Əslində hər şeyi bir anda yaşayıb bitərsən. Əslində hər şeyi bir anda daşıyıb çökərsən… Ya gedərsən, ya qalarsan, ya da ki, sadəcə sən… Ölüm xəbəri kimi – cəld, yüyrək, ildırım sürətiylə… Səni sevən insanlara son sığalı çəkərsən.
Bir gün ölüm xəbərini alarsan, öz ölüm xəbərini. Səni yaşadan birinin qəlbindən… Yox, sən özün ölməzsən. Sadəcə yaşamaq duyğularını … bu xəbəri verən alar əlindən. 
Nə bacarsan, nə desən? Şairsənsə, deməli… Bir gün həqiqi ölüm xəbərin də, yaşamağıntək məcazi olacaq.
Şairlərdə həqiqi nə qaldı ki? Azadlığın süründüyü ölkədə, aşiqliyin ölüm xəbəri çox acı haldı ki?

 

Rüfət Səid Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma