Statusa yazdım, bura da yazıram….

Zarafatları, mırt statusları bir kənara qoymaq və bu gecə üçün son statusumu ciddi bir mövzuda yazmaq istəyirəm.

Bu gün – 21 oktyabr Xəlil Rza Ulutürkün doğum günüdür. “Görkəmli şairimiz” ifadəsini işlətmədim, çünki Ulutürkün bu təqdimata ehtiyacı yoxdur, olmayacaq da. Ulutürk müasir türk şeirində Dədə Qorqud idi. Ozan idi. Şəxsən, bilmirəm nə qədər alınır, amma ahıl yaşlarımda şəxsən ozan şair kimi yadda qalmaq istərdim.

Dərviş şair kimi yox. Ağlağan, kədərli, depressiyalı qızların şairi kimi yox. Ulutürk kimi bir şair olmaq lazımdır. Türk ordusunun, igidlərin, qəhrəman anaların, qeyrətli qızların mübarizə ruhlu şairi kimi. Şairləri qınayırıq, amma cəmiyyət olaraq, şairlərə sərxoş, didərgin və avara insanlar kimi baxırıq. Belə də görməyə çalışırıq.

Biz şairləri ancaq içkili olanda dinləyirik. Kökümüzə qayıtmaq vaxtıdır. Ozanları ayıq başla dinləmək, güc almaq, savaşa ilhamlanmaq vaxtıdır! Gecəniz xeyrə qalsın!…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma