Unutmuşam, qayıt, gəl…

(mənsur şeir)

Unutmağa başlayınca, qayıdırlar gedənlər. Unutmağa başlayınca, darıxırlar gedənlər. Unutmağa nə qaldı ki, hədər gedən zəhmətim… “Unutmağa çalışmaq da hədər getsin” deyərlər. Yaddaşıma yazmaq üçün tüküm də tərpənmədi; indi saçım tökülməkdə, çürüməkdə ciyərlər.
Unutmağa çalışmaq heç elə çox çətin deyil… Unudulmaqla barışmaq insanı içdən yeyir!
Səni unutmadım ki… Unutsaydım, gələrdin? Bəlkə aldadım səni, bu gecə fərqli yazım… Saçları daha uzun, daha ipək, daha tünd… Gözləri daha iri, daha parlaq, daha şən… Dodaqları, burnu da, üz cizgiləri belə… Səndən daha gözəlin uydurub vəsf eləyim? Düşünə bilirəmmi? Uydura bilirəmmi? Unutmağa çalışdığım anları unutmuşam.
Necə qısqandırım ki? Necə darıxdırım ki? Unutmuşam, qayıt gəl…. Mənə mənim yanımda verdiyin əzabı da!
Unutmağa başlayınca, qayıdırlar gedənlər. Unutmağa başlayınca, darıxırlar gedənlər. Unutmaqla heç də yaxşı dolanmırlar sevənlər… Məni yada saldınmı? Unut, bəlkə qayıtdım…
Bəlkə qayıtdım yenə… Kəsdim birdən yolunu. Yenə də üzlü-üzlü əlindən tutub sıxdım. Sən ətrafdan utanıb diş qıcadığın anda, mən yazıq görkəmiylə yenə baxdım bəlkə də… Unutmusan, qayıdım… Sənə sənin yanında verdiyim əzabı da.
Bəli, biz ikimiz də əzab çəkdik sevgidən. İkimizin də qəlbi qəlibə düşməmişdi. Amma nəsə tuturdu, həm də nəsə qovurdu. Ayrılıb, barışırdıq.
Sanki bu ayrılıqlar… Əslində barışıqlar heç vaxt bitməyəcəkdi. Əslində, ayrılmağın qorxusuydu, yorurdu… Ya da ki, sınayırdı… Kimin səbri tükəndi? Kim daha güclü çıxdı?
Unutmuşuq, qayıtsın… Bizə bizimlə birgə əzab verən qorxu da.

Rüfət Səid Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma