Əsas səhifə » Poeziya » Təpəgöz və gözəllər

Təpəgöz və gözəllər

tepegozRüfət Əhmədzadə – Azərbaycan gözəli
(mənsur şeir)

Sən də dünya nemətisən, gözəl qız! İstəyirsən, lap ol dünya gözəli. İstəyirsən, hamını heyran elə, nazın isə könüllərin əcəli… İstəmirsən, heç istəmə sən məni. Sevən adam mükafat istəməz ki. Bilirsənmi, səndə həyat eşqi var; duyursanmı, həm də ölüm ətri var… Sən axirət müjdəsisən, sevgilim! Səni sevən hürilər diləməz ki!
Bu dünyadan o dünyaya nə qaldı, nə saxladı sənin kimi gözəllər? Qadınların sinəsini oxşadı… Milyonların ömründəki xəzəllər. Qızıl deyil, vaxtsız solan cavanlıq… Tikintidə, qul bazarında solur. Ya hansısa bir gözəlin gül ömrü, büründükcə qır-qızıla kül olur.
Sinələrdə bərq vuran almazların uğrunda tökülən qanlar göz deşir. Bəlkə acından ölən uşaqların gözündəki son işığı əks edir?
Gözəlləri bəzəyir haqsız cəza, ədalətsiz məhkəmə qərarları… Gözəlləri qərq edib ehtirasa ləyaqətsiz gözəllik cəlladları. Gözəlliyin evini yıxır onlar… Gözəlliyin belini qırır onlar… Gözəlliyin saçlarından tutaraq, düşmən qapısınadək qovur onlar…
Gözəlliyi yad əllərdə qoyublar… Burda gözəl muğam konserti gedir. Gözəl xalqın ağlın elə alıblar.. Matəm günü bayram konserti gedir.
İndi Təpəgözü seçir gözəllər… İgidlərin yəhəri var, atı yox. İndi ayrı sözü seçir gözəllər… Məhəbbətin tək adı var, dadı yox…
Üzü qara olub qara qızılın. Milli sərvət milli dərdə yaramır. Hamısı da sənin üzündən oldu. Gözəlliyin məhəbbətə yaramır.
Sən də dünya nemətisən, gözəl qız! Bu neft kimi, taxıl kimi, su kimi… Elə bu xalq, bu millət də sən kimi; bax, çırtlanır gözəlliyi tum kimi.
İstəyirsə, lap olsun güclü dövlət. Gözəl-gözəl silahlar parıldasın! İldə-bir parada ümidli millət… qalan günlər qarınlar guruldasın.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma