Əsas səhifə » Poeziya » Kədər dostu

Kədər dostu

Deyir: “sənə “şair” xitabından çox xoşum gəlir,
Xüsusən də gecələr”.
Və deyir ki, ədəbiyyat gecələr hücum edir,
Gecələr əzab verir…
Əbədiyyət bəxş edir.

O, bilir ki, gündüzlərin xəyalları boş olar…
Səhərlər basabaslar, günorta dərs-iş olar…
Gündüzlər insanların murdarlığı nur saçar,
Gecələrsə gözəllik səmada dərviş olar.
Və ulduzlarla birgə sayrışar, keçmiş olar…

Budur, öldü ulduzlardan biri də,
Endi tirtap aşağı.
Bu an hansısa evdə paklıq da can tapşırır.
Budur, kimsə səmaya baxaraq ürəyində,
Təmiz bir arzu tutur,
Amma bilmir,
Ya bilir,
Di gəl, özünü heç o yerə qoymur:
– Arzu ömrü gün çıxana qədərdir.

Ya da ölür bir arzu,
Həyat eşqiylə birgə…
Kiminsə qucağında…
Kiminsə uzağında.
Kimsə kilimçi kimi,
Boş-boş qapılar döyür…
Kimsə sələmçi kimi…
Ürəkləri sömürür,
Qovur, qapılar örtür.

Deyir: “Sənə “şair” xitabından çox xoşum gəlir,
Gündüzlər soyuq danışaram sənlə,
Gecə yaxın olarsan.
Bəlkə də gizlətdiyim bir dərdim baş qaldırar…
Ya qorxaram yazasan,
Bir az da qaysaqlayar”.
Deyir ki, şairlərin sevgisi yazmaq imiş…
Bilir – ilham qazanmaq, həm də uduzmaq imiş.

Rüfət Əhmədzadə 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma