İstəmir (qəzəl)

Bahalaşdı sevgi də, sevgilim şeir istəmir,
Bəşərin əppəyi şərdən çıxır, xeyir istəmir.

Nə qədər gözəlliyi vəsf eləyə şairlər,
Çapır o gözəlliyi məmurlar, pir istəmir.

Xəlqinə uzaq qalan padşaha padnos gətirin,
Darıxır qayçısı üçün, özgə tədbir istəmir.

Arabir qulbeçələr qarşısında cərgə qurar,
Danışar-gülər özü; saat da kəfkir istəmir.

Tutub öz dövranını, Əzrayılla saziş edib,
Kürüsü-nefti də bol, cin daha əncir istəmir.

Bahalaşmış Ana Torpaq; ya öl, ya da qal əlil…
Sonra aldığın təqaüd nədi, cibgir istəmir.

Hələ ki, cavan ikən, qaç bu ölkədən ay Rüfü,
Seçir Hacı Şakiri, xəlq daha zakir istəmir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma