“Sevinək, bayram edək” (qəzəl)

Maaşım 10 faiz artdı, sevinək, bayram edək!
Bəlkə də dadıma çatdı, sevinək, bayram edək!

Darıxma, sabah da qalxar qiymət 50 faiz…
Qorxma, arvad, zarafatdı! sevinək, bayram edək!

Borca batmış insana xarabatdısa məmləkət,
Turistlər üçün abaddı, sevinək, bayram edək!

Hələ ki, analoqu yaxın buraxmayan bizik,
Dünyadan ayrı rahatdı, sevinək, bayram edək!

Qarabağa yiyələndi erməni məqsəd edib,
Bizim üçün variantdı, sevinək, bayram edək!

Ordumuz alır silah, satır orqan, bərəkallah!
Məmur oğlu salamatdı, sevinək bayram edək!

Efirin kifirləşməsin görürük, dinməyirik…
Öyrənək kim kimi atdı; sevinək, bayram edək.

Nə gözəl, yetimçələr “YETİM” kepkasıyla gəzir,
Bu etiraf da babatdı, sevinək bayram edək.

Ay Rüfü, nə istəyirsən axı, öz xəlqindən,
Qidası şeiriyyatdı, sevinək, bayram edək!

Rüfət Əhmədzadə

(7 sentyabr, 2013)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma