Əsas səhifə » Poeziya » Xalqın sənə ehtiyacı var

Xalqın sənə ehtiyacı var

Şair, xalqın sənə ehtiyacı var, eşqdən yaz!
Savaşa bilmirsən, heç olmasa, məşqdən yaz!

Seçkilər, qanunlar nə vecinə, qarışma sən…
Hansı qız hansı oğlanın olacaq, püşkdən yaz!

Şairin sevdası var, bülbülü var, şeydası var…
Oturub daxma içində bağ-bağat, köşkdən yaz!

Oxumaz qəzet-kitab, bu xalqa konsert verərik,
Bir həzin musiqi qoş, ənbərdən-müşkdən yaz!

Dağılıb tifaqı bu məmləkətin, alma vecə,
Tənqid istərsən əgər, Qahirə-Dəməşqdən yaz!

Rüfüyə baxma, onun dərdi-səri neft-qazdır,
Allahın yazığıdır, sən qara kişmişdən yaz!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma