Əsas səhifə » Poeziya » Potensial vicdan məhbusu

Potensial vicdan məhbusu

Bir gün məni də gəlib aparacaqlar,
Bilirsən…
Çarpayının
bir çamadan belə yerləşməyən altından
Nə qədər desən silah tapacaqlar.
Çox mübahisə etsən,
Bir qalaq ot da çıxar.
Bir gün gözlənilmədən,
Qollarımı gözlərin qarşısında
Buracaqlar, bilirsən…
Hərdən düşünürəm ki,
Sən məni elə buna görə sevirsən.

Bir gün məni də gəlib aparacaqlar,
bilirsən…
Deməyə söz tapmayacaqsan o an.
Təəccüb və sualla mənə baxacaqsan…
Mənsə gülümsünəcəm:
– Hər şey yaxşı olacaq.
Bu sözləri çox eşitmisən məndən,
Çox inanmısan mənə…
Yenə inanacaqsan.
Sənə ağ yalanları sırısam da.
Hərdən düşünürəm ki,
Sən məni elə buna görə sevirsən.

Bir gün məni də gəlib aparacaqlar,
Bilirsən…
Qucağında körpə ilə qapıda heykəl olub qalacaqsan.
O an itimiz Toplan son dəfə hürəcək…
Ondan sonra kim açacaq axı bizim qapını?
O qapını sənin gözlərin möhürləyəcək bərk…
Ümidlərin heç vaxt etməyəcək tərk…
Oğlum məni soruşsa…
Mütləq belə deyərsən:
– Atan səninçün azadlıq almağa gedib, gələr…
Çox ümid edirəm, ki,
O, məni elə buna görə sevər!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma