Əsas səhifə » Poeziya » Anan düz eləmədi, Cek!

Anan düz eləmədi, Cek!

american-soldiers-US-iraq-afghanistan-pictures-photos-images-005Ey, Cek!
Sənin anan düz eləmədi,
Qızla görüşəndə zəng edib bezdirmədi,
Dostlarla gəzəndə,
“Rədd ol, qayıt xarabana” demədi.
Gecəyarısında qışqırıb qonşuları oyatmadı üstünə,
Onların söyüşləri də bonus gəlmədi,
Bu günə qədər dəymədi şəstinə.
Anan indiyə qədər
Heç nəyi söz eləmədi.
Cek, incimə, sənin anan düz eləmədi!

Eh, Cek!
Sən marixuana çəkəndə,
Gəlib qulağının dibindən ilişdirmədi nəyi var.
Atana döydürmədi barda içib evə sərxoş gələndə…
Sən narkotikə görə həbsə atılanda,
Qızıllarını satıb hakimə rüşvət vermədi,
Sənin anan heç nəyi düz eləmədi, Cek!

Sən həbsdən normal insan kimi qayıtdın evə,
O isə dedi: “get həyatını qur”..
Sənin anan düz eləmədi, Cek!
Sən əvvəl Əfqanıstana,
Sonra da İraqa getdin….
Nə qədər məsumun qanını tökdün.
Anan səni vaxtında “niqodnı” çıxartmadı…
Ləçər anan düz eləmədi, Cek!
Bir qatilin şəklini böyüdüb divardan asdı!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma