Əcəl marşrutu (esse)

Adam nə qədər axmaq olmalıdır ki, insanların piyada xətti ilə keçdiyi yolda həm var gücü ilə qaza basa, həm də uzun-uzun siqnal verə. Bu, o deməkdir ki, “xatakar və beyni qızmış avtoş qaqaş kalonkabaş gəlir, saxlamaq fikrində deyil”. Onun qabağından qaçan insanlar isə heç vaxt olmadığı kimi sürət yığmalı, kiçik bir qəsəbədə, dünya KİV-inin iştirakı olmadan Hüseyin Boltun qaçış rekordunu təzələməlidir. Yəni, bir insanın axmaqlığına görə, başqaları özünün bütün fiziki problemlərini unutmalıdır. Səbəb olacaq şüar: Yaşamaq istəyirsənsə, heyvərələrlə hesablaş!

Azərbaycanda çox yerdə bu şüar keçir. Təhsil almaq üçün də, işləmək üçün də, hətta hərbi xidmətə gedib evə salamat qayıtmaq üçün də… Heyvərələr güclü və üzlüdür.
Mən piyada xəttindən danışdım. Amma ona qədər, bizim binəva rekordçularımız basabasda, sıxasıxda, hətta vurhavurda belə yol getməli olurlar. Avtobusda və metroda. Hər səhər işə gecikməmək üçün “dartanşik” sürücülərin nazını çəkməli, axşamlar də həmçinin. Bəzən sürücülər də insanların nazını çəkməli olur. Dəxlisiz yerlədə qışqıraraq və qapını yumruqlayaraq “Saxlaaaa! Karsan, saxla da!” – deyə təhqir edirlər… Sürücü ya dinir, ya da dinmir. Hər halda, özü buna yol açıb.

Hər şeydə sürücüləri ittiham etmək yersizdir. Nəqliyyat Departamenti işini düz qurmayıb. Ümumi danışmadan, Masazır-Bakı arası işləyən 203, 215 və 169 saylı marşturlarla bağlı yaşanılan problemlər bunu deməyə əsas verir. Şəxsən, özüm bu il 5 dəfə şikayət etmişəm. 4 dəfə departamentə, 1 dəfə də nazirliyin özünə. Faydası yoxdur. Ola da bilməz. Məmurlar xalqını düşünməyincə.

Sürücülərin salonda siqaret çəkməsi və üstəlik irad bildirənlərə “əcəb edirəm” deməsi, hələ 203 sürücüsünün gəzdiyi qızı adam arasında öz oturacağında, az qala qucağında əyləşdirməsi, açıq qapı ilə avtobus sürülməsi.. Hər gün müxtəlif problemlər görürəm. Di gəl, yenə də görəcəm. Bu yazı özünü yormaqdır.
Bir də ki, çox maraqlıdır. Bu avtobuslara əyləc əvəzinə nə qoyurlar? Əyləc deyil. Nəsə zurna səsi verən, insanlara xüsusi əcəl duyğuları yaşadan bir şeydir. Sürücü qəfil ayağını əyləcə basır, bütün salon silkələnir. Kiminin ürəyi ağzına gəlir, kiminin də böyrəyindəki daş düşür. Və bir də gördün, mərəkə: “Ay oğlan, düz dura bilmirsən?”. Oğlandan cavab: “Xanım, mən nə edim, basabasdı da”…
Bilirsiniz, əslində “basabas” sözü “soxasox” sözünün mədəni formasıdır. Amma biz hər gün, az qala hər mindiyimizdə bu basabası bütün qeyri-mədəni və abırsız formalarında yaşayırıq. Amma həyamızı qoruyuruq. Görəsən, nə üçün, hansı dar məqama saxlamışıq? Ay rəhmətliyin nəvəsi, bir az da belə getsə, həyamızı kəfənə bükəcəklər!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma