Əsas səhifə » Poeziya » Cekin anasına ikinci şeir

Cekin anasına ikinci şeir

Ey, Cek! Sənin anan dinə-imana gəlib,
Kilsəyə gedir, şam da yandırır.
Gecə-gündüz dua edir səninçün…
“Oğlum sağ-salamat qayıtsın” deyə…
Biz isə gözləyirik…
Özün gəlib oturmusan süfrəmizin başında,
Ananı haçan gətirəcəksən?
Və hər yeməkdən əvvəl,
Sənin anançün dua edirik, Cek!

Ax, Cek! Sənin anan da,
Prezidentiniz kimidir,
Həmişə narahatdır.
İnsan haqlarını yaman düşünür,
Amma heç nə bacarmır,
əlindən heç nə gəlmir…
Selülitə qərq olmuş vücudunu elə titrədir
“Şərq” adı eşidəndə…
Elə bil ki, bu dəqiqə bomba partlayacaq həndəvərində.
Sənin anan yaman duyğusaldır, Cek!
Biz onu daim hörmətlə anırıq!

Sənin anan bu yerləri
ovcunun içi kimi tanıyır, Cek!
Filin qarışqanı əzdiyi kimi,
Unitaza oturub, bol-bol xəyallar qurur…
Hərdən, bağırsaqları ağrıyanda
Yadına yenə sülh-ədalət düşür…
Bir az arıq olsaydı,
Göyərçinə oxşadardıq biz onu…
Biz hamımız ona qibtə edirik!
Biz sənin ananı səndən çox sevirik, Cek!

Ah, Cek, belə baxanda, sənin anan nə etsin?
Təpəgözçün oğul böyütmək elə asan deyil…
Biz sənin anana səbir diləyirik!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma