Əsas səhifə » Esselər(içsəslər) » Boşboğazlar üçün ürək sözlərim

Boşboğazlar üçün ürək sözlərim

Kefimi pozmaq üçün heç kimə macal tanımaq istəmirəm. Gözəl bir gün keçirdik, FDO-4 Hədəf Kurslarının uğurları sırasına yazıldı. Bu işdə mənim də əməyim olduğuna görə qürur duyuram. Qalib şagirdlərin, onların valideyn və müəllimlərinin sevincini görmək çox xoş idi.

Amma sosial şəbəkədəki söz-söhbət heç də ürəyimi açmır. Açıq deyirəm, kimsəylə işim yoxdur, amma artıq nəsə bir söhbət görsəm, qanunla həll etməyə çalışacam. İnsanları mədəni və ədalətli olmağa çağırıram.

Həm öz ailəmə, həm də xəstə valideynlərimə baxıram. Evə normal məvacib gətirən yeganə kişi xeylağıyam. Mənim əsəblərimlə oynamaq, söz aparıb söz gətirmək sadəcə nakişilikdir. Çünki siz (həmin adamlara səslənirəm) bir ailənin çörəyinə, ruzisinə bais olursunuz! Dəyərləriniz olsun!

Mənim hansısa şeirimi dəyişdirib hansısa yazarı (bloqçu Taleh Məmmədov mənim şeirimi yazıçı Əli Əkbərə yönəldib) təhqir etmək, sonra həmin şeirə cavab yazıb özümü təhqir etmək, hələ özümü “niqodnı” çıxartdırmaqda ittiham etmək şərəfli insana yaraşan iş deyil. İstənilən vaxt yenidən tibbi komissiya qarşısına çıxmağa hazıram. Mən 1 yaş 6 aylığından bronxial astma xəstəsiyəm və hərbi xidmətə də bu xəstəlik üzündən getməmişəm. Həmçinin ürək nevrozuyam. Xəstə insanı alçaltmaq, əsəbləri ilə oynamaq “ölümə təhrik etmək” maddəsinə uyğun bir cinayət sayılır. Cinayət eləməyin!

Di bəsdirin! Mən sizin yerinizi tutmamışam!

“Qalmaqallı insan” kimi görünməkdən bezdim. Ümid edirəm, bu mövzuda son yazım olar. Nəticə çıxarmayanlar qanunla cavab verməli olacaqlar.

Unutmayın:  Sosial şəbəkədə yazdığınız rəylərdə və paylaşdığınız fikirlərdə diqqətli olun. Əsəbləri və ürəyi zəif olan kimlərəsə zərər verə bilərsiniz. Və bununla, həm də o insanların ailəsinə zərbə vurursunuz. Əgər əsasınız yoxdursa, danışmayın.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma