Əsas səhifə » Poeziya » “Yazıram ki, gedəsən” (mənsur şeir)

“Yazıram ki, gedəsən” (mənsur şeir)

rufat imzalayarken
Kim sevdiyini qaytarmaq üçün yazırsa, yazsın… Mən yazıram gedəsən. Kim əvvəldən bilir alın yazısın? Mən pozuram, itəsən.
Gedəsən ki, sənsiz qalan həyatımı yaşayım. Yaşamaq olmursa da…
İtəsən ki, qazandığım, kəşf etdiyim şeyləri sevə bilim… Heç cür alınmırsa da…
Yazıram ki, bitəsən. Başqa mövzu, başqa söz, başqa rəngdə misralar… Bəlkə başqa obrazlarla gələrsən. Amma yenə… Gedəsən!
Sən getmək üçün gəlmişdin, deyilmi?
Tərk etmək üçün sevmişdin, deyilmi?
Lap meyxana turnirinin şüarına oxşadı:
Gələsən ki, yenə məni sevdiyini deyəsən. Sonra isə “amma, bilirsən”… ilə, həm cümləni, həm məni ikiyə parçalayaraq gedəsən.
Bu nədir mən yazıram?
Yazıram ki, daha mənə gözdağı olmayasan. Özünü öldürürsən… Yoxsa, gözdən itirsən… Amma nə edirsən, et!
Elə et ki, gedəndə mənə aid heç nə aparmayasan. Sağ qalsan… Sənə aid şeyləri onsuz oxuyacaqsan.
Rüfət Əhmədzadə
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma