Əsas səhifə » Poeziya » Qaçmaq lazımdır…

Qaçmaq lazımdır…

Rufat AhmadzadaHəyat bir məktəbdirsə,

bu ölkədəki həyat

çox mənasız bir rüşvət ocağıdır.

Çıxasan bu ölkədən,

Uşaqlar məktəbdən əkilən kimi…

“Tualetə getmək” bəhanəsiylə,

qaçasan bu ölkədən!

 

Valideynlər iclası olmayacaq…

Gözüyaşlı analar məhkəmə iclaslarında sürünür.

Daha heç kimin qovulması əmri də yoxdur…

Hər kəs öz partasında qaxılıb oturmalıdır, görünür.

 

Bu məktəbin xadiməsi  kimdir bəs?

Mirzə Cəlilin qəhrəmanıdırmı,

Dədə Qorqudun Burla Xatunumu?

Kimin kitabından çıxıb bu qadın?

Bu, bizim anamızmış,

Bizim Ana Vətənmiş…

Nəcisini təmizləməyə məhkum qalıbdır…

Nankor zırramaların.

Rüfət Əhmədzadə

31 dekabr, 2013.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma